Birinci Şıxlı kənd İƏD-si üzrə nümayədəliyin hesabat yığıncağı keçirilib
Bu gün Birinci Şıxlı kənd İnzibati
Ərazi Dairəsi üzrə nümayədəliyin 2019-cu ildə görülmüş işlərə və 2020-ci ildə
qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Hesabat
yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova,
aparatın Hüquq şöbəsinin müdiri Səba Paşayeva və kənd sakinləri iştirak
ediblər. Səsvermə yolu ilə yığıncağın sədri
və katibi seçildikdən sonra gündəlikdə duran məsələlər qeyd edilib. Qazax Rayon İcra Hakimiyyəti
başçısının müavini Gulaya Həsənova hesabat yığıncağında çıxış edərək yola
saldığımız 2019-cu ilin ölkəmiz üçün əlamətdar bir il olduğunu qeyd edib. Son
illər Azərbaycanın qazandığı nailiyyətlərdən, əldə etdiyi uğurlardan söz açaraq
bu gün Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin onun
layiqli davamçısı ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini bildirib. Müavin 2019-cu ildə ölkəmizin hər yerində
olduğu kimi Qazax rayonunda da "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işlərinin həyata keçirildiyini vurğulayıb. Prezident İlham
Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatların Qazaxda da öz bəhrəsini
verdiyini bildirib. 2016, 2017, 2018-ci illərlə
nisbətdə 2019-cu ildə Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında rayonumuzda aparılan quruculuq işlərini müqayisə
edərək istifadəyə verilən çoxsaylı sosial obyektlərin inşasından, yeni iş
yerlərinin yaradılmasından, rayonun sosial-iqtisadi göstəricilərinin
gündən-günə artmasından da söz açıb. Qeyd edib ki, həyata keçirilən quruculuq və abadlıq
işləri nəticəsində ötən il şəhərin, eləcə də kəndlərin siması köklü şəkildə dəyişib,
Qazax respublikamızın ən inkişaf etmiş və ən abad rayonlarından birinə
çevrilib. Sonra kənd icra nümayəndəsinin
müavini Çərkəz Adıgözəlov geniş hesabat məruzəsi ilə çıxış edərək nümayəndəlik
tərəfindən 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat
verib. Birinci Şıxlı kənd İnzibati Ərazi
Dairəsi üzrə nümayəndəliyin bir illik fəaliyyəti barədə məlumat verən müavin qeyd edib ki, Qazax mahalının qədim kəndlərindən
biri də Birinci Şıxlı kəndidir. XVI əsrin 80-ci illərində əsası qoyulan kənd
coğrafi mövqeyinə görə Kür çayının sağ sahilində, Qarayazı meşəsi boyunca 10 km
məsafədə yerləşir. Rayon mərkəzindən 26 km şimali-qərbdə magistiral İpək
yolunun üzərində yerləşən Birinci Şıxlı kəndinin ümumi ərazisi 2727 hektardır.
Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəliyi bir kəndi əhatə edir. Kəndin 3765
nəfər əhalisi, 1007 təsərrüfatı var. Birinci Şıxlı kəndinin ərazisində 2 məktəb,
1 poçt, 700 yerlik 1 ATS, 3 yanacaqdoldurma məntəqəsi, 2 bərbərxana, 1 qarışıq
yem dəyirmanı, həkim məntəqəsi, 2 feldşer mama məntəqəsi, 1 kənd folklor evi, 2
kitabxana, 1 inşaat malları mağazası, 10-dan artıq super market mağazaları kənd
əhalisinə xidmət edir. 11 illik məktəbdə 363 nəfər şagirdin təlim-tərbiyəsi ilə
50 nəfər müəllim məşğul olur. Bundan əlavə, 23 nəfər texniki işçi çalışır. 9
illik məktəbdə isə 120 şagirdin təlim-tərbiyəsi ilə 20 nəfər müəllim məşğul
olur və 10 texniki işçi vardır. Həkim məntəqəsində 2 həkim, 9
tibb bacısı və 1 xadimə çalışır. Feldşer mama məntəqəsində 2 nəfər, kitabxanada
2 nəfər, folklor evində 2 nəfər, poçtda 1 nəfər, ATS- də 2 nəfər işçi çalışır.
700 nəfər abonent bildiriş vasitəsilə pulu poçta ödəyir, bu işə nümayəndəlik
daim nəzarət edir. Kənddə 2 seçki məntəqəsi vardır. 23 dekabr 2019-cu ildə hər
iki seçki məntəqəsində bələdiyyə seçkisi keçirilmiş, kənd əhalisi seçkidə fəal
iştirak etmişdir. Hər iki seçki məntəqəsi hazırda Parlament seçkisinə tam
hazırdır. 2019-cu ildə bir çox tədbirlər
keçirilmişdir. Belə ki, 20 Yanvar faciəsi, 26 Fevral - Xocalı Soyqırımı, 21 Mart
- Novruz Bayramı, 9 May - Qələbə Günü, 18 Oktyabr - Müstəqillik Günü, Ulu Öndərin
doğum və anım günləri qeyd olunmuşdur. Müavin qeyd edib ki, bu gün kənddə
olan inkişafı gənc ailələr tərəfindən tikilən evlərin müqayisəsindən də aydın şəkildə
görmək olar. Belə ki, 2017-ci ildə 28 ev, 2018-ci ildə 31 ev, 2019-cu ildə isə
35 ev gənc ailələr tərəfindən inşa edilmişdir. Qazax rayon "Birinci Şıxlı
KFT” MMC-nin kəndimizdə inşa olunması kənd əhalisinin yeni iş yerləri ilə təmin
olunmasına gətirib çıxarmışdır. Hazırda "Birinci Şıxlı KFT” MMC-də 64 nəfər işləyir,
onlardan 45 nəfəri bizim kəndin sakinidir. Kənd sakinlərinin əsas məşğuliyyəti
heyvandarlıq və əkinçilikdir. 01.01.2020-ci il tarixə əhali və fermer təsərrüfatında
1687 baş iribuynuzlu mal-qara, 9068 baş xırdabuynuzlu qoyun-keçi, 10326 baş quş
qeydiyyata alınmışdır. Dövlət başçısının kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinə dair 13.01.2007-ci il tarixinə dair
sərancamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar 2019-cu ildə kənd təsərrüfatı
məhsulları istehsalçılarına buğda əkininə görə hər hektarına 90 manat, digər əkinlər
üçün hər hektara 50 manat ödəməklə, ümumilikdə 552 nəfər kənd sakininə 98586
manat vəsait ödənilmişdir. Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan
torpaqların təyinatı üzrə istifadə edilməsi, əkinçilik məhsullarının artırılması,
növbəli əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq əkin və yeni
bitkilərin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir.
Birinci Şıxli kənd icra nümayəndəliyi əkinçilik və heyvandarlıq sahələrində kənd
əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilib becərilməsində və
qorunmasında çətinlik olduqda həmin çətinlik aradan qaldırılır. 2019-cu ildə 2020-ci məhsulu
üçün 930 hektarda şumlanma işləri aparılmışdır. 878 hektar payızlıq taxıl əkilmişdir
ki, bunun 396 hektarını buğda, 482 hektarını isə arpa təşkil edir. Hesabat ilində
320 kq barama və 5 ton tütün tədarük olunmuşdur. Kənd ərazisində 1000 ədəd tut
ağacı və 700 ədəd şam ağacı əkilmişdir. Əvvəllər kənd əhalisi həyatyanı
torpaq sahələrinin suvarılmasında çətinlik çəkirdilər. Artıq 3 ildir ki, Qazax
Suvarma Sistemləri İdarəsi tərəfindən bu problem aradan qaldırılmışdır. Belə
ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə kənd ərazisində
olan ana kanallar və əkin sahələrinin yuxarı hissələri Suvarma Sistemləri İdarəsinin
işçiləri tərəfindən təmizlənmişdir ki, su itkisinə yol verilməsin. Əl əməyi ilə
2,4 km, texnika ilə 4 km-ə yaxın arx işlənmişdir. Hazırda işlər davam edir.
2019-cu ildə Qədir düzü və Uzun dərə deyilən sahələrə yeni su xətti çəkilib
istismara hazır vəziyyətə gətirilmişdir. Hesabat dövründə pay
torpaqlarının suvarılması, gübrə ilə təmin olunma, çatışmamazlıqların aradan
qaldırılması sahəsində məqsədyönlü işlər görülmüşdür. 2020-ci ildə əhalinin içməli
suya olan tələbatını ödəmək üçün layihə smeta sənədləri hazırlanmış və içməli
su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Hesabat ilində kənd İcra nümayəndəliyinin,
kənd bələdiyyəsinin və işçi qrupunun təşəbbüsü, kənd əhalisinin iştirakı ilə kəndarası
yolların, mərkəzi yolun ətrafı, kənd qəbiristanlığında təmizlik işləri
aparılmış 1,5 km uzunluğunda dəmir tor təmir edilmişdir. Belə iməclik kənd ərazisində
mütamədi olaraq aparılır, kənd sakinləri iməclikdə yüksək fəallıq göstərirlər. Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov kənd əhalisi ilə mütamadi olaraq görüşlər keçirir, kənd əhalisini
narahat edən problemlərlə maraqlanır və yerindəcə həll etmək üçün adiyyatı üzrə lazımi
tapşırıqlar verir. 2019-cu ildə icra nümayəndəliyinə
22 məktub daxil olmuş, təşkilatlara nümayəndəlik tərəfindən 27 məktub göndərilmişdir.
Vətəndaşlara 372 ədəd müxtəlif məzmunlu arayışlar verilmişdir. 12 rəsmi müraciət
daxil olmuş və müraciətin hamısı öz müsbət həllini tapmışdır. 45 şifahi müraciətə
baxılmış nəticəsi barədə həmin vətəndaşlara məlumat verilmişdir. Birinci Şıxlı
kənd İcra nümayəndəliyi "Vətəndaşların müraciətlərinə baxılması qaydası
haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların
qəbulunu həyata keçirmiş, onların ərizə, şikayət və təkliflərinə baxılaraq lazımi
tədbirlər görülmüş və nəticəsi barədə vətəndaşlara məlumat verilmişdir. Vətəndaşların
qəbulu üçün nümayəndəlikdə hər cür şərait yaradılmış, həftənin 2-ci və 5-ci
günlərinin qəbul günləri ayrılmasına baxmayaraq bütün iş günlərində qəbula gələn
vətəndaşların şikayət və müraciətlərinə baxılmışdır. Bir il ərzində nümayəndəlik
tərəfindən 26 ölüm şəhadətnaməsi verilmişdir. 17 nəfər kəndə qeydiyyata
düşmüşdür, qeydiyyatdan çıxan olmamışdır. Sonra məruzə ətrafında çıxış
edən kənd sakinlərindən Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir
Qocayev, Birinci Şıxlı kənd əsas məktəbin direktoru Mahmud Pənahov, kənd həkim
məntəqəsinin baş həkimi Səadət Eynalova, Suvarma Sistemləri İdarəsinin kənd üzrə
sahə nəzarətçisi İlham Musayev, ağsaqqal, işçi qrupunun üzvü Şəmşəd İbrahimov, YAP
ərazi ilk partiya təşkilatının sədri Tahir Musayev, kənd folklor evinin müdiri
Natiq Eyyubov, Telman Məmmədov, Naibə Sadıqova, Natiq Məmmədov, Şahvələd Qurbanov,
din xadimi Fazil Süleymanov və başqaları çıxış edərək Birinci Şıxlı kənd sakinlərinə
göstərilən böyük diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə və Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.
Yola saldığımız 2019-cu ilin istər ölkəmiz, istərsə də rayonumuz üçün uğurlu
bir il olduğunu qeyd edən sakinlər son 3 ildə Qazaxda görülən işləri yüksək
qiymətləndiriblər. Əldə olunmuş uğurlarla yanaşı, öz istək və təkliflərini də
çatdırıblar. Kənddə içməli su probleminin köklü şəkildə həll olunması ilə bağlı
istəklərini bildiriblər. Sakinlər tərəfindən
qaldırılan digər məsələlər barədə fikirlərini bildirən müavin hər bir məsələyə
diqqətlə baxılacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş