Qazaxda veloyürüş
Respublika mətbuatı Qazax
haqqında Əsası Ulu Öndər Heydər
Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün dövlət başçısı İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Hazırda gənclər siyasəti dövlət siyasətində
prioritet təşkil edir. Gənclər siyasətində gənclərin sağlamlığının qorunması və
fiziki inkişafı öz əksini tapır. Qazaxda Rayon İcra
Hakimiyyətinin dəstəyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Velosiped İdmanı
Federasiyasının birgə təşkilatçılığı ilə "Sağlam gənclik” layihəsi çərçivəsində
növbəti veloyürüş təşkil olunub. Layihənin birinci mərhələsi üzrə üç rayonda –
Bilasuvar, Şəmkir və Qazax rayolarında reallaşan veloyürüş uğurla başa çatıb. Rəsmi açılış tədbirində
iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək
qonaqları salamlayıb, gənclərin sağlamlığına xidmət edən bu cür layihənin təşkilinə
görə əməyi keçən insanlara, təşkilat rəhbərlərinə minnətdarlığını bildirib.
Veloyürüşdə iştirak edən gənc və yeniyetmələrə uğurlar arzulayıb. Düşmənlə sərhəddə,
paytaxt Bakıdan ən ucqar məsafədə yerləşən Qazaxda belə bir yürüşün keçirilməsini
bölgələrdə yaşayan gənclərə olan qayğı, eyni zamanda velosiped idman növünün
inkişaf etdirilməsi kimi qiymətləndirib. Ölkə Prezidenti cənab İlham Əliyevin,
Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə göstərdiyi diqqət və
qayğıdan danışan rayon rəhbəri Azərbaycan Gənclər Fondunun yaradılmasını,
Fondun həyata keçirdiyi layihələri, eləcə də 2 fevral 2019-cu il tarixindən
Fondun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və
Karyera Mərkəz”lərini (GİKM) dövlətin gənclərə olan qayğısının bariz nümunəsi
kimi qeyd edib. Azərbaycan Gənclər
Fondunun gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov çıxış edərək veloyürüş
iştirakçılarını salamlayıb və uğurlar arzulayıb. Veloyürüşün təşkilində göstərilən
dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, layihənin
keçirilməsində əsas məqsəd gənclərin sağlam həyat tərzinə cəlb olunmasını təmin
etmək, ekoloji sağlam həyatın inkişafına dəstək verməkdir. Respublika Olimpiya
Velosiped İdmanı Məktəbinin direktoru Faiq Qurbanov da öz növbəsində
veloyürüşçüləri salamlayıb, layihənin Qazaxda uğurla başa çatmasında dəstəyinə
görə rayon rəhbərliyinə razılığını ifadə edib. Rəsmi hissə başa
çatdıqdan sonra veloyürüşə start verilib. Sonda Qazax Rayon Gənclərin İnkişaf və
Karyera Mərkəzində yaradılacaq velokluba 10 ədəd velosiped və texniki ləvazimatlar
hədiyyə edilib. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 3 noyabr 2019-cu il
Şəhər və kənd məktəblilərinin, eləcə də
velosipedli gənclərin iştirakı ilə baş tutan veloyürüş Ulu Öndər Heydər
Əliyevin adını daşıyan parkda yerləşən Gənclər Mərkəzinin qarşısından start
götürüb. 400-ə yaxın gənc və yeniyetmənin qatıldığı veloyürüş Qazax şəhərinə
Bakı istiqamətindən girişə kimi davam edib və ordan əks istiqamət üzrə hərəkət
edən velosipedçilər şəhər mərkəzi ilə dövrə vuraraq Gənclər Mərkəzinin
qarşısında finiş xəttinə çatıblar.
Facebook-da paylaş