İcra başçısı “Mətanət A” şirkəti tərəfindən tikilən Əhəng Zavodunda olub
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün rayonun Daş Salahlı kəndində "Mətanət
A” şirkəti tərəfindən tikilən Əhəng Zavodunda da olub. Məlumat üçün qeyd edək
ki, illik istehsal gücü 50 min ton olan zavodun tikintisi sürətlə aparılıb və
inşaat işləri nəzərdə tutulduğu vaxtda başa çatdırılıb. Yeni zavod yüksək
texnologiya ilə təmin olunub. Zavodun istehsal hissəsi test yoxlamasından keçib
və məhsul buraxmağa tam hazırdır. İnzibati binası yüksək səviyyədə hazırlanıb və
lazım olan bütün işlər görülüb. Eyni zamanda zavodun ərazisinə asfalt vurulub,
yaşıllıqlar salınıb, güllər əkilib.
GOYEZEN.AZ
Facebook-da paylaş