Qazaxda Vaqif Səmədoğlunun büstü qoyuldu
Respublika mətbuatı Qazax haqqında Dövlət
başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident
Mehriban xanım Əliyeva görkəmli Xalq şairi Vaqif Səmədoğlunun 80 illik
yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı tapşırıq və tövsiyələr
vermişlər. Heydər
Əliyev Fondu və şəxsən Mehriban xanım Əliyeva tərəfindən Xalq şairi Vaqif
Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda büstünün qoyulması həyata keçirilmişdir. Qazaxda
şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında yubiley
münasibətilə qoyulmuş həmin büstün açılış mərasimində Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri,
qonaqlardan Səməd Vurğunun Ev Muzeyinin direktoru, Vaqif Səmədoğlunun həyat
yoldaşı Nüşabə Vəkilova, AYB-nin mətbuat katibi Xəyal Rza, "Qazax”
Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Məti Osmanoğlu, hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə,
mədəniyyət işçiləri, yazarlar, saz, söz adamları, ziyalılar, ictimaiyyət və KİV
nümayəndələri iştirak ediblər. Tədbir
iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında
torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz
xatirəsini yad ediblər. Memorial önünə gül dəstələri düzülüb, ruhlarına dualar
oxunub. Sonra "Fəxri qazaxlılar” parkında qoyulmuş büstün önünə gül
dəstələri düzülüb. Tədbirin
aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar
incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını
salamlayıb və tarixi gün münasibətilə bütün ziyalıları, qazaxlıları təbrik
edib. Vaqif Səmədoğlunun timsalında bütün qazaxlı ziyalılara verilən yüksək
qiymətə görə AYB Qazax zona filialının çoxsaylı üzvləri, eləcə də rayon
ictimaiyyəti adından ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun
prezdenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir
iştirakçılarını salamlayıb və əlamətdar gün münasibətilə təbriklərini çatdırıb.
Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri ilə seçilən Vaqif
Səmədoğlu yaradıcılığından söz açıb. İcra başçısı görkəmli şəxsiyyətin
Azərbaycanın sayılıb seçilən ziyalılarından olduğunu, onun hər zaman xalq
tərəfindən sevildiyini, xidmətlərinin də dövlət tərəfindən qiymətləndirildiyini
diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin zamanında Vəkilovlar ailəsinə
verdiyi dəyərdən, göstərdiyi yüksək qayğıdan söz açan rayon rəhbəri bu gün
həmin qayğının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Rayon rəhbəri Heydər
Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə
Qazaxda şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında büstünün
qoyulmasını Qazax ziyalılarına verilən daha bir böyük qiymət kimi
dəyərləndirib. İcra başçısı qeyd edib ki, bu addımın atılması bir daha onu
sübut etdi ki, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə olan dövlət
qayğısı bütün illərdə olub və bundan sonra da olacaqdır. Ən əsası da şairlərə,
yazıçılara verilən qiymət bütövlükdə ədəbiyyatımıza verilən qiymətdir. Rayon
rəhbəri sonda Qazax Müəllimlər Seminariyasının 100 illiyi, Xalq şairi İsmayıl
Şıxlının anadan olmasının 100 illiyi ilə əlaqədar verilən sərəncamlara, Qazaxda
Xalq şairi Vaqif Səmədoğlunun 80 illiyi münasibətilə büstün qoyulmasına görə
ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevaya rayon ictimaiyyəti adından bir daha minnətdarlığını bildirib. Digər
çıxış edənlər də görkəmli şair haqqında ürək sözlərini bildirib, ona həsr
etdikləri şeirləri səsləndiriblər. Aktyorlar
Kamran Yunis və Xəzər Süleymanlı da Vaqif Səmədoğlu şeirlərini səsləndirərək
yubiley töhfələrini təqdim ediblər. Sonda
N.Vəkilova Vaqif Səmədoğlunun 80 illik yubileyinin respublika səviyyəsində qeyd
olunmasına görə ölkə başçısı İlham Əliyevə vaqifsevərlər adından
minnətdarlığını bildirib. Heydər Əliyev Fondu tərəfindən Mehriban xanımın
təşəbbüsü ilə büstün qoyulmasını yüksək minnətdarlıq hissi ilə qeyd edərək bir
daha sonsuz təşəkkürlərini çatdırıb. Büstün qoyulmasında əməyi keçən insanlara,
həmçinin, büstün heykəltaraşı olan Kamran Əsədova minnətdarlığını çatdırıb. Tədbirin
belə yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə razılığını bildirib. Tədbirin
sonunda iştirakçılar xatirə şəkilləri çəkdiriblər. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 28 iyun 2019-cu il
Facebook-da paylaş