Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi keçirilmişdir
Respublika
mətbuatı Qazax haqqında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi
doğulub boya-başa çatdığı Qazax rayonunda təntənə ilə qeyd edilmişdir. Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin
mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkına gələrək Xalq şairinin
büstünün açılışını etmişlər. Sonra
yubiley tədbiri Yuxarı Salahlı kəndindəki Səməd Vurğun Poeziya Evində davam
etdirilmişdir. Qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri Səməd Vurğunun
Poeziya Evindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Sonra
söz qonaqlara verilmişdir. Azərbaycan Yazıçılar Birliyinin katibi Xəyal Rza,
"Qazax” Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Məti Osmanoğlu, Yuxarı
Salahlı kənd orta məktəbinin müəllimləri dahi şair Səməd Vurğunun və Vaqif
Səmədoğlunun həyat və yaradıcılığına nəzər salmışlar. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yubiley tədbirini əsl poeziya bayramı
adlandıraraq qonaqları və rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik
etmişdir. Bildirmişdir ki, Qazax torpağı yüzlərlə şair və yazıçı yetirmişdir.
Bu gün hər bir qazaxlı fəxr edir ki, bu torpaq Azərbaycan ədəbiyyatına Səməd
Vurğun, onun övladları olan Vaqif və Yusif kimi istedadlı oğullar bəxş
etmişdir. Bu günün tarixi bir əhəmiyyət daşıdığını vurğulayan rayon
icra hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin zamanında Vəkilovlar
ailəsinə verdiyi dəyərdən, göstərdiyi diqqət və qayğıdan söz açmışdır.
Bildirilmişdir ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev və
Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ziyalılarımıza, o
cümlədən Vəkilovlar ailəsinə qayğı göstərilir. Ölkə rəhbərinin Vaqif
Səmədoğlunun 80 illik yubileyinin keçirilməsi barədə imzaladığı sərəncam, eləcə
də Heydər Əliyev Fondu tərəfindən Qazaxdakı ziyalılar parkında büstünün
qoyulması sübut etdi ki, dövlətimizin, ölkə rəhbərinin bu ailəyə olan sevgi və
qayğısı bundan sonra da davamlı olacaqdır. Azərbaycan
Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək
Vaqif Səmədoğlu yaradıcılığının zənginliyindən, Azərbaycan ədəbiyyatına bəxş
etdiyi dəyərli şeirlərdən, Azərbaycanı sözün qüdrəti ilə ən uca zirvələrə
qaldırmasından söz açmışdır. Səməd
Vurğunun Ev mMzeyinin
direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova isə çıxışında
ömür-gün yoldaşına dövlət səviyyəsində verilən qiyməti sonsuz minnətdarlıq
hissi ilə qarşıladığını bildirmişdir. O, Vaqif Səmədoğlu haqqında ürək
sözlərini çatdıraraq xatirələrini danışmışdır. Yuxarı
Salahlı kəndinin ağsaqqalı Abdulla Məmmədov ürək sözlərini söyləyərkən
Azərbaycan ədəbiyyatına, ziyalılara verilən yüksək dəyərə görə dövlət başçısı İlham Əliyevə həmyerliləri adından minnətdarlığını
bildirmişdir. Sonra söz
Bakıdan dəvət olunmuş aktyorlara verilmişdir. Onlar Vaqif Səmədoğlunun şeirlərindən
nümunələr səsləndirmişlər. Məktəblilərin çıxışından sonra aşıqlar Xalq şairinin sözlərinə bəstələnmiş mahnılar ifa
etmişlər. Sabir ƏLİYEV, "Azərbaycan” qəzetinin bölgə müxbiri 29 iyun 2019-cu il
Facebook-da paylaş