İcra başçısı Qazaxda şəhərin su-kanalizasiya sisteminin çəkilişi ilə əlaqədar “Ağstafaçay” su anbarının vadilərində əlavə içməli su mənbəyinin ayrılması üçün təklif olunan yerə baxış keçirib
Artıq bir neçə
aydır ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin
içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına
başlanılıb. Podratçı təşkilat əraziyə lazımi texnika və avadanlıqlar,
mal-material ehtiyatları tədarük edərək küçələrdə su və kanalizasiya xətlərinin
tikintisini paralel olaraq həyata keçirir.
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyəti şəxslərlə birlikdə şəhərin
su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar olaraq "Ağstafaçay”
su anbarının vadilərində əlavə içməli su mənbəyinin ayrılması üçün təklif
olunan yerə baxış keçirib.
Qazax Melioservis
İdarəsinin rəisi Ərəş Pənahov əlavə içməli su mənbəyinin müəyyənləşdirilməsi,
alternativ olaraq ikinci qidalandırıcı xəttin çəkilişi ilə bağlı təkliflərini
bildirib. "Coğazçay” su anbarından əlavə bu anbardan da su mənbəyi kimi
istifadə olunmasının mümkünlüyünü qeyd edib.
Rayon rəhbəri qeyd olunan
məsələnin aidyyəti şəxslərin iştirakı ilə ətrafı şəkildə müzakirə olunmalı
olduğunu bildirib.
Məlumat üçün qeyd edək ki,
layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və
İslam İnkişaf Bankı, podratçı "Akkord
Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə
"Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə
şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi
tədbirlər görülür. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya
sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata
keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə
tutulub.
GOYEZEN.AZ
Facebook-da paylaş