• Təqvim

  • Maraq



İcra başçısı kəndlərdə ipəkqurdu toxumunun mövcud vəziyyəti ilə maraqlanıb


Qazaxda bu il artıq dördüncü ildir ki, ipəkqurdu bəslənilir. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq rayonda məqsədyönlü işlər görülür. Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da müvəffəqiyyətlə icra olunur. Bunun nəticəsidir ki, rayonda barama istehsalı ildən-ilə artır. Belə ki, qazaxlı kümçülər tərəfindən 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq, 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində yerləşən "Azəripək” ASC-yə təhvil verilib. Bu il isə kümçülər tərəfindən 8 ton yaş baramanın yetişdirilməsi nəzərdə tutulub.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda ipəkqurdu toxumu paylanılmış Kəmərli, Qaymaqlı, Aslanbəyli, Yuxarı Salahlı, Birinci Şıxlı, Daş Salahlı və Xanlıqlar kəndlərində olub, ipəkqurdu toxumunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Yem bazası da kifayət qədərdir.

Kəndlərdə barama yetişdirən kümçülər bildirib ki, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər biz rayon baramaçılarının bu sahəyə olan marağını xeyli artırıb. Hər il məhsulun bəhrəsini görən kümçülər cari ildə də daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər.

Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib.

Aslanbəyli kəndi


Yuxarı Salahlı kəndi


Birinci Şıxlı kəndi



Daş Salahlı kəndi



Xanlıqlar kəndi

 





GOYEZEN.AZ



Facebook-da paylaş