İcra başçısı H.Əliyev prospektində yerləşən 175 və 171 saylı binalarda görülən son tamamlanma işləri ilə tanış olub
Heydər Əliyev prospekti 175 saylı bina
Bu gün ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində özünün inkişaf dövrünü yaşayan Qazaxda bütün sahələrlə yanaşı, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Son 3 ildə respublika prezidentinin imzaladığı çoxsaylı sərəncamlara əsasən rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından 100-dən çoxunun təmir olunaraq sakinlərin istifadəsinə verilməsi bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Ötən yazılarımızda da məlumat verdiyimiz kimi, artıq şəhərin mərkəzində yerləşən bir neçə binada aparılan təmir işləri yekunlaşmaq üzrədir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Heydər Əliyev prospektində yerləşən 175 və 171 saylı binalarda olub, görülən son tamamlanma işləri ilə maraqlanıb. Rayon rəhbəri işlərin sürətləndirilməsini bildirib və bəzi tapşırıqlarını verib.
Məlumat üçün bildirək ki, prospektdə yerləşən daha iki - 179, 173 saylı, Bakı küçəsi 1 və Ələddin Qədirov küçəsi 2,3,4 saylı, Azadlıq küçəsi 107 saylı binalarda da işlər başa çatmaq üzrədir. Bundan əlavə, Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilib. Azadlıq küçəsində yerləşən 31,32,33 saylı binaların da dam örtükləri dəyişdirilib.
Heydər Əliyev prospekti 175 saylı bina
Heydər Əliyev prospekti 171 saylı bina
GOYEZEN.AZ
Facebook-da paylaş