• Təqvim

  • Maraq



Çoxmənzilli binalarda son tamamlanma işləri görülür

Heydər Əliyev prospekti 179 saylı bina


Son illər Respublika Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər, eləcə də bütün sahələr üzrə olan sürətli inkişaf hər kəsə yaxşı məlumdur. Bu gün hər bir ölkə vətəndaşı yaxşı bilir ki, bu illər ərzində əldə olunmuş göstəricilər özlüyündə regionların və bütövlükdə ölkənin necə böyük inkişaf yolu keçdiyini tam aydın şəkildə göstərir. Ən önəmlisi də odur ki, Azərbaycanda bütün sahələrdə olan inkişaf paytaxtla yanaşı, respublikamızın bütün bölgələrini də əhatə edir. Bu gün elə bir şəhər, rayon, qəsəbə, kənd tapılmaz ki, orada inkişaf, yenilik olmasın.

Ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində günü-gündən inkişaf edən, özünün intibah dövrünü yaşayan rayonlardan biri də Qazax rayonudur. Son 3 il ərzində rayonda aparılan abadlıq və quruculuq işləri, eləcə də digər sahələrdə olan inkişaf bu söylədiklərimizin əyani sübutudur.

Sevindirici haldır ki, bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda bütün sahələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının təmirinə də xüsusi önəm verilir. Ölkə başçısının imzaladığı çoxsaylı sərəncamlara əsasən rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun təmir olunaraq sakinlərin istifadəsinə verilməsi bu istiqamətdə görülən əməli işlərdir.

Əvvəlki illərdə olduğu kimi, bu il də çoxmənzilli binaların təmirinə böyük sürətlə start verilib. Ötən yazılarımızda da xəbər veridyimiz kimi, artıq şəhərin mərkəzində yerləşən bir neçə binada aparılan təmir işləri yekunlaşmaq üzrədir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Heydər Əliyev prospektində yerləşən 179, 175, 173, 171 saylı, Bakı küçəsi 1 və Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı binalarda olub, görülən son tamamlanma işləri ilə maraqlanıb.

Məlumat üçün qeyd edək ki, hazırda Azadlıq küçəsi 107 saylı binada da işlər başa çatmaq üzrədir. Bundan əlavə, Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilib. Azadlıq küçəsində yerləşən 31,32,33 saylı binaların da dam örtükləri dəyişdirilib.

Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətləndirilməsini bildirib və bəzi tapşırıqlarını verib.

Yaşadıqları binaların təmir olunmasını razılıq hissi ilə qarşılayan sakinlər son illər respublikamızda, eləcə də Qazaxda aparılan abadlıq və quruculuq işlərinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Yaşayış şəraitlərinin yüksək səviyyəyə çatdırılmasını ölkədə vətəndaş amilinə verilən ən böyük dəyər kimi qiymətləndiriblər.

Heydər Əliyev prospekti 179 saylı bina










Heydər Əliyev prospekti 175 saylı bina

Heydər Əliyev prospekti 173 saylı bina



Heydər Əliyev prospekti 171 saylı bina



Ə.Qədirov küçəsi 2,3,4 saylı binalar







GOYEZEN.AZ



Facebook-da paylaş