• Təqvim

  • Unutma

  • Maraq



Yeni park sakinlərin rahatlığı üçün salınır

Sevindirici haldır ki, bu gün böyük bir tikinti meydançasını xatırladan Qazax rayonunda bütün sahələr inkişaf edir. Sosial obyektlərin inşası, məktəblərin, bağçaların tikilməsi, çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması və s. son 3 ildə rayonun simasının köklü şəkildə dəyişməsindən xəbər verir. Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda elə bir sahə tapılmaz ki, diqqətdən kənarda qalsın.

Ötən yazımızda isə şəhərin mərkəzində yerləşən parkda abadlıq işlərinin aparılması barədə bəhs etmişdik.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə həmin parkda görülən işlərlə tanış olub. Administrasiya nümayəndəsinə məlumat verilib ki, parkda rayon sakinlərinin asudə vaxtlarını səmərəli şəkildə keçirmələri, daha rahat şəraitdə istirahət etmələri üçün yenidənqurma və abadlıq işləri aparılır. Əsasən ailələrin istirahəti üçün nəzərdə tutulan parkda hər cür şərait yaradılacaqdır.

Bildirilib ki, hazırda hörgü işləri aparılmış hasarda aqlay vurulması işi görülür. Hətta, gecələr şəhərə daha bir gözəllik verməsi üçün parkda xüsusi işıqlanma sistemi də qurulub.

GOYEZEN.AZ



Facebook-da paylaş