İcra başçısı çörəkbişirmə sexində olub
Bu gün tam əminliklə deyə
bilərik ki, ölkə prezidenti İlham Əliyevin siyasətinin
əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda hər bir
sahə üzrə ön plana çəkilir. Görülən hər bir işdə, atılan hər bir addımda
vətəndaş mövqeyi, sakinlərin rahatlığı, onların istəyi üstün tutulur. Vətəndaşların
sağlamlığının və təhlükəsizliyinin qorunması, əhalinin yüksək keyfiyyətli ərzaq
məhsulları ilə təmin olunması da bu siyasətin ən başlıca istiqamətlərindən
biridir. Məhz dövlət başçısının Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı imzaladığı 26 yanvar
2018-ci il tarixli Sərəncamı və bu sərəncamdan irəli gələn məsələlərin həlli
istiqamətdə görülən işlər bunun əyani sübutudur. Respublika Prezidentinin
Fərmanına əsasən "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
haqqında Əsasnamə”nin təsdiq edilməsi, agentliyin fəaliyyətinin təmin edilməsi
ilə bağlı bir sıra tədbirlər haqqında Prezident İlham Əliyevin 22 may 2018-ci
il tarixli növbəti Sərəncamı bir daha sübut edir ki, ölkəmizdə bu sahədə atılan
bütün uğurlu addımlar vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmin
olunmasına xidmət göstərir. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi fəaliyyətə başladığı ilk
gündən Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş
amilini ön plana çəkərək əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin
olunması ilə bağlı konkret tapşırıqlar verir, bu istiqamətdə əməli işlər görür. Bu gün rayon rəhbəri
"Məhəllə” çörəkbişirmə sexində olub. Sexdəki mövcud vəziyyətlə tanış olan icra
başçısı sakinlərə göstərilən xidmət və təklif olunan çörəyin keyfiyyəti ilə
maraqlanıb. Keçirilən baxış zamanı çörəyin necə bişirilməsi, işçilərin gigiyena
və antisanitariya qaydalarına əməl etməsi, obyektdə səliqə-səhman yaradılması,
sakinlərə göstərilən xidmət və təklif olunan çörəyin keyfiyyətinin yüksək
səviyyədə olması barədə bəzi tapşırıqlar verib. Sonra icra başçısı rayon
ağsaqqallarının istirahət etdiyi Qazax rayon Müharibə və Əmək Veteranlarının
İstirahət Mərkəzində də olub, onlarla səmimi söhbət edərək qayğıları ilə
maraqlanıb. Göstərilən diqqət və
qayğıdan razılıqlarını ifadə edən ağsaqqallar rayon rəhbərinə minnətdarlıqlarını
bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş