Ağköynək kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı olub
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının
Ağköynək kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində keçirilən hesabat
yığıncağında da 2018-ci ildə görülmüş işlərə bir daha nəzər salınıb, qarşıda
duran vəzifələrdən danışılıb. Hesabat yığıncağında Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev, aparatın Ərazi
idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil
Vəliyev, şöbənin baş məsləhətçisi Qərib Bayramov və kənd sakinləri iştirak
ediblər. Yığıncağı aparmaq üçün sədr
və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib. Ağköynək kənd İƏD-si üzrə nümayəndə Vadim
Əmiraslanov 2018-ci ildə görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edərək
bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilməsi Azərbaycananın qaşısında böyük imkanlar açmışdır. "Azərbaycan Respublikası Regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bütün bölgələrdə olduğu kimi, Qazax
rayonunda da uğurla davam etdirilir. Ötən il ərzində rayonumuzda yeni məktəb
binaları, sənaye, səhiyyə müəssisələri, bağçalar tikilib istifadəyə verilmiş,
yeni yollar salınmışdır. Rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən həyata
keçirilən təmir-tikinti, abadlıq, bərpa quruculuq işləri ötən ildə olduğu kimi
2018-ci ildə də uğurla davam etdirilmişdir. Ağköynək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik
Ağköynək və Qarapapaq kəndlərini əhatə edir. Kənd inzibati ərazi dairəsi üzrə
nümayəndəliyin ərazisində 1623 ailə təsərrüfatı, 5746 nəfər, o cümlədən Ağköynək
kəndində 3752 nəfər və Qarapapaq kəndində 1994 nəfər əhali yaşayır. Nümayəndəliyin ərazisində bir bələdiyyə, bir tam,
bir əsas orta məktəb, iki sənətkarlıq evi, iki kitabxana, bir həkim məntəqəsi,
bir tibb məntəqəsi, bir poçt fəaliyyət göstərir. Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbi 480
yerlik olmaqla 476 şagird təhsil alır. Şagirdlərin tərbiyəsi ilə 68 nəfər müəllim
məşğul olur. Bu il məktəbi 31 şagird bitirmiş və onlardan 19 nəfəri
respublikanın ayrı-ayrı ali məktəblərinə, 6 nəfəri isə kolleclərə qəbul
olunmuşdur. 1 nəfər 600-dən yuxarı, 2 nəfər 500-dən yuxarı bal toplamışdır. Məktəbdə
cari təmir işləri aparılmışdır. İcra nümayəndəliyi üzrə 2018-ci ildə 89 nəfər
doğum, 56 nəfər isə ölüm olmuşdur. İcra başçısı Qazax şəhərində və rayonun kəndlərində
işçi qruplarının yaradılması ilə əlaqədar Sərəncam imzalamışdır. Həmin Sərəncama
uyğun olaraq Ağköynək və Qarapapaq kəndlərinin hər birində tərkibi beş nəfərdən
ibarət işçi qrupları yaradılmışdır. İşçi qruplarının yaradılmasının əsas məqsədi
kənd əhalisinin problemləri ilə maraqlanmaq və həlli istiqamətində işlər görməkdən
ibarətdir. Kənddə azad sahibkarlığın inkişafı üçün münbit şərait
yaradılmışdır. Yeni istehsal sahələrinin yaradılması, xırda və orta
sahibkarlığın formalaşması istiqamətində müəyyən işlər görülmüşdür. Qədim xalq
sənəti olan xalçaçılıqla məşğul olan "Naxış” xalçaçılıq emalatxanasında, allüminium
qapı-pəncərə təmiri ilə məşğul olan "Alprof” emalatxanasında, "Ritul” üzlük mərmər
emalatxanasında, ticarət obyektlərində, "Saloğlu” firmasında 470 nəfərə yaxın kənd
əhalisi işlə təmin olunmuşdur.
Rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları
ilə təminatının yaxşılaşdırılması məqsədilə Qazax şəhərindəki Təzə Bazarda kənd
təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilmişdir. Yarmarkada Ağköynək
kənd nümayəndəliyi müxtəlif çeşiddə olan kənd təsərrüfatı, ərzaq və ət məhsulları
satışa çıxarmışdır ki, həmin məhsulların qiyməti bazar qiymətindən 20-30% aşağı
olmuşdur. Kənd əməkçilərimiz öz pay torpaqlarından səmərəli
istifadə edərək müxtəlif növ məhsullar istehsal edirlər. Keçən il kənd əməkçiləri
əkin sahələrindən 30 ton tərəvəz, 750
ton kartof, 960 ton quru ot, 380 ton üzüm, 571 ton meyvə, 1449 ton taxıl, 135
ton qarğıdalı, 44 ton günəbaxan, 444 kq barama istehsal etmişlər. Bu il əməkçilərimiz
gələn ilin məhsulu üçün 435 hektar sahədə taxıl əkmişlər ki, bunun 300 hektarı
buğda, 135 hektarı arpadır. Ağköynək kəndi ərazisində 2,57 hektar sahədə tərəvəzlərin
yetişdirilməsi məqsədilə yeni istixana kompleksi tikilərək istifadəyə verilmiş,
digər 1 hektar ərazidə istixana kompleksinin tikintisi başa çatmaq üzrədir. İribuynuzlu mal-qaranın sayı 1662 başa çatmışdır.
Ana inək və camışların sayı artaraq 682 başa, xırdabuynuzlu davarların baş sayı
isə 7505 baş olmuşdur. İribuynuzlu mal-qarada 2 baş, ana inəklərdə 2 baş,
xırdabuynuzlu davarlarda isə 5 baş artım olmuşdur. Gələcəkdə barama istehsalını
artırmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş
1050 ədəd yeni tut tingi əkilmişdir. 2018-cı ildə icra başçısı Rəcəb Babaşov Ağköynək və
Qarapapaq kəndlərində kənd əhalisi ilə görüşlər keçirmiş, kənd sakinlərinin
problemləri ilə tanış olaraq aidiyyəti üzrə tapşırıqlar vermişdir. İl ərzində kənd ərazisində yerləşən hər üç qəbiristanlıqda
sakinlərin iştirakı ilə təmizlik işləri aparılmışdır. Həmçinin, Nohur meşəsinə
gedən yolun kənarı məişət tullantılarından təmizlənmişdir. Ağköynək kəndinin fasiləsiz elektrik enerjisi ilə təmin
edilməsi məqsədilə kənddə 3 ədəd köhnə elektrik transformatoru yenisi ilə əvəz
olunmuş və 30 % ərazi SİP kabelə keçmişdir. Hazırda bu istiqamətdə işlər davam
etdirilir. Qarapapaq kəndində şəhid Xasməmmədov Tahir Mübariz
oğlunun adına olan bulaq kompoleksində təmir işləri aparılmışdır. Ağköynək kənd mərkəzində olan artezian quyusunun
nasosu təmir olunaraq suyun verilməsi təmin edilmişdir. Dövlət proqramına uyğun olaraq Qarapapaq kəndində "Rizman”
deyilən dərədə 1 ədəd yeni artezian quyusu qazılıb istifadəyə verilmişdir. Qarapapaq kəndində icra başçısının sakinlərlə
keçirdiyi səyyar görüşdə onlar yaşadıqları məhəlləyə su xəttinin çəkilməsini
xahiş etmişdilər. Vətəndaşların xahişi nəzərə alınaraq həmin məhləyə Coğaz su xəttindən
1 ədəd bulaq çəkilmişdir. Bundan əlavə, vətəndaşların qaldırdığı digər müraciətə
də baxılmış, kənd qəbiristanlığına gedən yolun 500 metr hissəsinə qum-çınqıl
döşənmişdir. Ağköynək və Qarapapaq kənd yollarının 8 km-dən çox sıradan
çıxmış hissəsi təmir edilmişdir. Rayon rəhbərinin tapşırığına əsasən əkin sahələrinin
suvarılmasının yaxşılaşdırılması üçün suvarma arxlarında təmizlik işlərinə başlanılmışdır.
Bu günə kimi 5100 metr arx lil və kol-kosdan təmizlənmişdir. Müəyyən sahədə
texnikadan istifadə olunmuşdur. Bu işlər bu gün də davam etdirilir. Ağköynək və Qarapapaq kəndləri fasiləsiz olaraq 24
saat elektrik enerjisi və mavi yanacaqla təmin olunmuşdur. Müqəddəs Qurban bayramında şəhid ailələrinə, Böyük
Vətən Müharibəsi iştirakçılarına, Qarabağ müharibəsi veteranlarına və imkansız
ailələrə bayram payı verilmişdir. Hesabat dövründə kənd icra nümayəndəliyində vətəndaşların
qəbulu, ərizə və müraciətlərinə vaxtlı-vaxtında baxılmışdır. 2018-ci ildə 12
yazılı, 23 şifahi müraciət olmuşdur. Bu müraciətlər əsasən maddi köməklik, torpaq
məsələsi, kommunal xərclərdən azad olunma, suvarma suyunun vaxtlı-vaxtında
verilməsi, qonşu ilə mülk məsələləri olmuşdur. Kənd sakinlərindən Cavid Məmmədov, Arzuman Xasməmmədov,
Şofiq Hacıəliyev, Məsud Nəbiyev, Məqsəd Eminalıyev, Ədalət Əmiraslanov, Zahid
Abdullayev, şəhid atası Sarı Hüseynov, Ağköynək kənd tam orta məktəbin
direktoru Səfurə Rəhimova və başqaları çıxış edərək 2018-ci ildə rayonumuzda,
eləcə də Ağköynək kəndində həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərinə
görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşova dərin minnətdarlıqlarını bildiriblər. 2018-ci ilin uğurlu göstəricilərlə
yadda qaldığını qeyd edən sakinlər qarşıda duran vəzifələrdən də söz açıblar. Kənddə
SİP kabelləşmə işinin davam etdirilməsini və kəndarası yolların
işıqlandırılmasını, qəzalı vəziyyətdə olan arxların təmir olunmasını, kənd qəbiristanlığının
ətrafına metal torun çəkilməsini, məktəbdə istilik sisteminin yenilənməsini, kənddə
yeni uşaq bağçasının tikilməsini, artezian quyusunun qazılmasını və s. məsələləri
qeyd ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini
Tahir Musayev hesabat yığıncağında çıxış edərək rayon rəhbərliyinin başçılığı ilə Qazaxda həyata keçirilmiş
işlərdən və qarşıda duran vəzifələrdən danışıb. "Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərdən
danışan müavin "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin,
"Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda
İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son
tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq”
LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod
Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının tikintisini 2018-ci ilin
uğuru kimi qiymətləndirib. Rayonda azyaşlı körpələrə
göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi,
təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan T.Musayev bu
gün rayon üzrə olan 25 bağçadan 18-nin müasir standartlara cavab verən
səviyyəyə çatdırıldığını qeyd edib. Hazırda şəhərdə yerləşən daha bir bağçanın
- 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu
diqqətə çatdırıb. Vurğulayıb ki, ötən il bağçalarda aparılan quruculuq işləri
bu il də davam etdiriləcəkdir. Rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində
2, Aşağı Salahlı, Qazaxbəyli, Kosalar, Daş Salahlı, Hüseynbəyli kəndlərinin hər
birində 1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu gün rayon üzrə 14
yaşayış məntəqəsində bağça yoxdur ki, həmin kəndlərdən biri də Ağköynək kəndidir.
Digər kəndlərdə olduğu kimi, bu kənddə də bağçanın olması üçün lazımi tədbirlərin
görülməsi üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını bildirib. Son iki il
yarımda ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı təmir
olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın düzgün
icra edilməsindən söz açan müavin 2017-ci ildə 78, 2018-ci ildə isə daha 51
ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan
qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir,
rənglənmə və həyətlərində abadlıq işləri aparıldığını diqqətə çatdırıb. 4
çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikildiyini və
ya əsaslı təmir olunduğunu vurğulayıb. Ümumiyyətlə, bu gün rayonda olan 163
çoxmənzilli yaşayış binasından artıq 129-nun yüksək səviyyədə təmir olunmasını
və sakinlərin istifadəsinə verilməsini vətəndaşların yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən əsas işlərdən hesab edib. Yeni iş yerlərinin
yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan müavin həmin
işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması
nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi
avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən
yeni tikiləcək fabrikin inşasını göstərib. Bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21
sentyabr 2018-ci il tarixli, 637s saylı Sərəncamı ilə Qazax rayonunun Ağköynək
kəndi ərazisində "Saloğlu” fərdi firması tərəfindən həyata keçiriləcək
"Venzana” layihəsi üçün nəzərdə tutulmuş 30.558 hektar torpaq sahəsi kənd təsərrüfatı
təyinatlıdan sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Hazırda
layihənin həyata keçirilməsi üçün tikinti işlərinə başlanılmışdır. Bu isə
rayonda yeni iş yerlərinin açılması və əhalinin maddi rifah halının yaxşılaşdırılması
deməkdir. GOYEZEN.AZ
Facebook-da paylaş