İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidənqurmadan sonra - FOTOLAR
Bu gün əsaslı şəkildə yenidən qurulan və
müasir standartlara cavab verən İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının açılışı olub.
Məlumat üçün
qeyd edək ki, istifadəyə verilən 35 uşaq yerlik yeni bağçada 1 böyük və 1 kiçik
olmaqla 2 qrup fəaliyyət göstərəcəkdir. Bağçada yüksək səviyyədə müdir otağı, anbar,
mətbəx və sanitar qovşağı da inşa olunub. Bağçanın əsas üstün cəhətlərindən
biri də odur ki, müasir istilik sistemi ilə təchiz olunub. Geniş həyətə malik
olan və müasir standartlara cavab verən bağçada həmişəyaşıl ağaclar və
dekorativ gül kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri
üçün bağçanın həyətində oturacaqlar qoyulub. Körpələrin rahat şəkildə tərbiyə
almaları üçün hər cür şərait yaradılıb. Yeni bağça müasir avadanlıqlarla təchiz
olunub.
Facebook-da paylaş