Əsas Səhifə > Manşet / Fotoqalereya > İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidənqurmadan sonra -

İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidənqurmadan sonra -


22-10-2018, 17:38

Bu gün əsaslı şəkildə yenidən qurulan və müasir standartlara cavab verən İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının açılışı olub.

Məlumat üçün qeyd edək ki, istifadəyə verilən 35 uşaq yerlik yeni bağçada 1 böyük və 1 kiçik olmaqla 2 qrup fəaliyyət göstərəcəkdir. Bağçada yüksək səviyyədə müdir otağı, anbar, mətbəx və sanitar qovşağı da inşa olunub. Bağçanın əsas üstün cəhətlərindən biri də odur ki, müasir istilik sistemi ilə təchiz olunub. Geniş həyətə malik olan və müasir standartlara cavab verən bağçada həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bağçanın həyətində oturacaqlar qoyulub. Körpələrin rahat şəkildə tərbiyə almaları üçün hər cür şərait yaradılıb. Yeni bağça müasir avadanlıqlarla təchiz olunub. 
































Geri qayıt