• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax rayonunda vətəndaş amili hər zaman ön plana çəkilir. Sakinləri narahat edən məsələlər dinlənilir və həlli istiqamətində tapşırıqlar verilir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib.

Şəhər sakini Namazova Təranə Müsəllim qızı evlə təmin olunması barədə müraciət edib. Vətəndaşa hazırda boş yer olmadığı və yaxın zamanda xəstəxana binaları boşalan zaman köməkilik göstəriləcəyi bildirilib.

Şəhər sakini Salahov Şeyda Məhəd oğlunun işlə təmin olunması barədə müraciətinə cavab olaraq özünüməşğulluq layihəsində iştirak etməsi tövsiyə edilib.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ


Facebook-da paylaş