Mərkəzi Xəstəxana binasının tikintisi sürətlə davam etdirilir
Bu gün Qazax rayonunda diqqət və qayğı göstərilən sahələrdən biri də səhiyyə sahəsidir. Bunu rayon sakinlərinin müasir standartlara cavab verən səhiyyə ocağında müalicə və müayinə olunması, tibb sisteminin təkmilləşməsi sahəsində görülən məqsədyönlü işlərdən də aydın şəkildə görmək olar. Bu göstərilən diqqət və qayğı, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində səhiyyə sahəsində əhaliyə göstərilən yüksək xidmət əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. İstər respublikanın böyük şəhərlərində, istərsə də ən ucqar bölgələrdə bu cür tədbirlərin həyata keçirilməsi əhalinin sağlamlığının keşiyində dayanılmasına xidmət edir.
2,6 hektar sahədə inşa olunan və 10 korpusdan ibarət olacaq 145 çarpayılıq Qazax rayon Mərkəzi Xəstəxana binasının tikintisi də bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin bariz nümunəsidir.
Mütəmadi olaraq təmir işləri ilə yaxından tanış olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də tikinti meydançasına gəlib, görülən işlərlə maraqlanıb.
Baş iş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, 5 korpusda aparılan əsas tikinti işləri demək olar ki, yerinə yetirilib.
Bütün korpuslarda dam örtükləri vurulub, xarici və daxili arakəsmələr başa çatdırılıb. Pəncərələr quraşdırılıb. Bundan əlavə, sahədaxili kanalizasiya və su xətti tam olaraq çəkilib.
İş icraçısı qeyd edib ki, binanın daxilində bütün əsas işlər demək olar ki, başa çatdırılıb. Bununla yanaşı, binanın çöl hissəsində də tikinti işləri görülür. Binanın ətrafına hasar çəkilib, giriş hissəsinə isə aqlay vurulub. Eyni zamanda, binanın hasar hissəsi işıqlanma sistemi ilə tam təchiz olunubdur. Binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası da inşa edilib. Transformator stansiyası üçün bina tikilib.
Nəzarət-buraxılış məntəqəsi hazır vəziyyətdədir. Sanitar qovşaqlarında kafel və metlax vurulması da başa çatıb. Hazırda əsas korpusda üzləmə işləri gedir. Binanın xarici hissəsində keramo-qranit örtüyü vurulur. Eyni zamanda, binanın daxilində elektrik və havalandırma işləri görülür. Bundan əlavə, binanın daxilində üzlük vurulması və rənglənmə işləri aparılır, tavana alçiban vurulur. Pəncərələrin kənarına alkopan vurularaq son tamamlanma işləri yerinə yetirilir. Yardımçı binalarda da üzlük vurulması işləri görülür. Binanın daxilində və xaricində abadlıq işləri aparılır.
İcra Başçısı inşaat işləri ilə ətraflı tanışlıqdan sonra tikintinin daha da sürətləndirilməsini tapşırıb.
Sonra İcra Başçısı şəhərdə aparılan tikinti-quruculuq işləri və çoxmənzilli binalarda olan mövcud vəziyyətlə tanış olub. Görülən işlərin keyfiyyəti ilə maraqlanıb və sürətləndirilməsini tapşırıb.

GOYEZEN.AZ
Facebook-da paylaş