Vətəndaş məktubundan: “Cənab Prezident, aztəminatlı ailələr üçün nəzərdə tutulan özünüməşğulluq proqramı da hazırda ölkəmizdə uğurla həyata keçirilir və hər il minlərlə ailələrə sevinc, ümid bəxş edir”
Hörmətli cənab Prezident. Ölkəmizin bütün bölgələrdə gedən inkişaf göz qabağındadır. Vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər təqdirəlayiqdir və hamımız tərəfindən dəstəklənir. Aztəminatlı ailələr üçün nəzərdə tutulan özünüməşğulluq proqramı da hazırda ölkəmizdə uğurla həyata keçirilir və hər il minlərlə ailələrə sevinc, ümid bəxş edir. Biz də bu proqram çərçivəsində dövlət vəsaiti hesabına dəstək aldıq və öz biznesimizi qurduq, işlə təmin olduq. Bu proqram həm vətəndaşların məşğulluğunu təmin edir, həm də aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəlməsinə şərait yaradır. Odur ki, ailəmizə və bizə göstərilən qayğı üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Hörmətlə, Əsgərzadə Sənan, Qəhrəmanov Turxan Azərbaycan Respublikası, Qazax rayonu. 27 yanvar 2026-cı il
Sənan Əsgərzadə və Turxan Qəhrəmanovdan,
Facebook-da paylaş















