• Təqvim

  • Maraq



Görülmüş işlər göz qabağındadır

Görülmüş işlər göz qabağındadır

Bu gün Qazax rayon İcra Hakimiyyəti Başçısının Çaylı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2017-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bu fikir səslənib.

Yığıncaqda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, İcra Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, eləcə də idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak edib.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğul və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yığıncaq öz işinə başlayıb.
Görülmüş işlər göz qabağındadır
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncaqda giriş sözü ilə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən iqtisadi islahatlardan, reallaşan beynəlxalq əhəmiyyətli layihələrdən danışıb. Qeyd edib ki, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş müşavirədə Ölkə Başçısı 2017-ci ildə ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini bildirmişdir.

RİHB-nın Çaylı kənd İƏD-si üzrə nümayəndəsi Ceyhun Binnətov hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, icra nümayəndəliyinin ərazisində iki kənd - Çaylı və Kommuna kəndləri yerləşir. İki kəndin birlikdə inzibati ərazisi 2411 hektar sahəni əhatə edir. Nümayəndəlikdə 9100 nəfər əhali yaşayır. Ərazidə 2570 təsərrüfat, 1 bələdiyyə, 3 tam orta məktəb, 1 folklor evi, 1 folklor klubu, 2 kitabxana, 1 həkim məntəqəsi, poçt və rabitə şöbəsi fəaliyyət göstərir.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun sərəncamına uyğun olaraq Çaylı və Kommuna kəndlərinin hər birində tərkibi 5 nəfərdən ibarət olmaqla işçi qrupları yaradılmışdır. İşçi qrupu kənd əhalisinin problemləri ilə maraqlanmış, həlli istiqamətində işlər görmüş, aidiyyəti üzrə məsələ qaldırmışdır.

Kənd icra nümayəndəliyinin, işçi qruplarının təşəbbüsü və kənd fəallarının iştirakı ilə kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında, Şəhidlər Xiyabanında və kənd qəbiristanlıqlarında təmizlik işləri aparılmışdır. Kənd ərazisində yol kənarlarına, su arxlarına zibil tullantıları atan vətəndaşlara qarşı mübarizə tədbirləri aparılaraq əhaliyə xəbərdarlıq edilmişdir.

Çaylı kənd İƏD-si üzrə nümayəndəliyinin və bələdiyyənin inzibati binası təmir olunmuşdur. Qəbiristanlıqlar və Şəhidlər Xiyabanı mütamadi olaraq alaq otlarından təmizlənmiş, səliqə-sahman yaradılmışdır.
Görülmüş işlər göz qabağındadır
3 ədəd seçki məntəqəsi təmir olunmuş, Kommuna kənd kitabxanasının və klubun fasad hissəsində təmir işləri aparılmışdır.

Kommuna kəndini Qazax-Əskipara magistral avtomobil yolu ilə birləşdirən və uzunluğu 2,65 km olan yol yenidən qurularaq əhalinin istifadəsinə verilmişdir.

1 ədəd şəhid bulağında təmir işləri aparılmış, 1 yeni bulaq inşa edilmiş və 1 ədəd yeni dayanacaq quraşdırılmışdır. Kəndin mərkəzi hissəsində abadlıq işləri aparılmışdır.

Hazırda 28 ədəd subartezian quyusu fəaliyyət göstərir. Bundan əlavə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun köməkliyi ilə kənddə 2 ədəd subartezian quyusu balansa alınmış, 3 ədədi yeni qazılmış, 2 ədəd subartezian quyusunun qazılması işləri aparılır.

Kənddə təzə məhəllə adlanan yaşayış məntəqəsində yaşayan 60 nəfər ailənin müraciətinə əsasən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun köməkliyi ilə 20 ildən artıq təmir olunmayan 16 km uzunluğunda yollara qum-çınqıl döşənmişdir.

Qazax elektrik şəbəkəsi tərəfindən Çaylı kəndində 70 ədəd işıq dirəyi yenisi ilə əvəz olunmuş, 150 evə gedən 5370 metr elektrik xətti SİP kabellə əvəz olunmuşdur.

Şəmkir RQİİ-nin Qazax xidmət sahəsi tərəfindən Çaylı kəndində müəyyən hissəsi torpaq altında qalmış mövcud d-108 mm-lik,1200 p/m qaz xətti dayaq üzərinə qaldırılıb rənglənmişdir. Asfalt altında qalmış karroziyaya uğramış 18 ədəd yol keçidi ləğv edilərək digər tərəfdən bərpa edilmişdir.

Çaylı kənd 1 saylı tam orta məktəbində 279 şagird təhsil alır, 76 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğuldur. Keçən il məktəbi bitirən məzunlardan 9 nəfəri ali məktəblərə daxil olmuşdur. Onlardan 2 nəfəri 500 baldan yuxarı nəticə toplamışdır.

Çaylı kənd 2 saylı tam orta məktəbində isə 109 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğul olduğu 565 şagird təhsil alır. Keçən il məktəbi bitirən məzunlardan 11 nəfəri ali məktəblərə daxil olmuşdur. Onlardan 5 nəfəri 500 baldan yuxarı nəticə toplamışdır.

152 şagirdin təhsil aldığı Kommuna kənd tam orta məktəbində 59 nəfər müəllim çalışır. Keçən il məktəbi bitirən məzunlardan 6 nəfəri ali məktəblərə daxil olmuşdur. Onlardan 3 nəfəri 500 baldan yuxarı nəticə göstərmişdir.

Qazax Telekommunikasiya Qovşağı tərəfindən 50 yeni telefon nömrələri vətəndaşların evlərinə çəkilmiş və istifadələrinə verilmişdir.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun köməkliyi ilə Çaylı kənd sakini aztəminatlı Qocayeva Lalə Ələs qızının evinə qaz xətti çəkilmiş, sayğac quraşdırılaraq istifadəsinə verilmişdir. Bundan başqa, aztəminatlı Yusifova Elmira Kamal qızına məxsus iki otaqlı mənzil əsaslı təmir edilmiş, işıq sayğacı qoyulmuşdur.
Seyidov Etibar İsfəndiyar oğlunun və Əminə Qocayevanın müraciətləri əsasında evlərinin dam örtüklərinin dəyişdirilməsinə köməklik göstərilmişdir. Rəssam Nəcməddin Hüseynovun emalatxanası isə əsaslı təmir olunmuşdur.

Çaylı kəndi ərazisində Şəhidlər Xiyabanı əsaslı təmir edilmişdir.

Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi və yerli əhəmiyyətli Qazax-Yuxarı Əskipara avtomobil yollarını birləşdirdirən Çaylı kəndinin mərkəzindən keçən ümumi uzunluğu 6,5 kilometr olan avtomobil yolunun tikintisi başa çatmış və istifadəyə verilmişdir. Kəndarası yolların 3 km hissəsinə qum-çınqıl döşənərək hamarlanmışdır.

Barama istehsalının artırılması məqsədilə kənd ərazisində 1000 ədəd tut ağacı tingləri əkilmişdir.

Suvarma suyunun yaxşılaşdırılması məqsədilə kənd ərazisində ümumi uzunluğu 12,35 km təmizlənməsi vacib olan suvarma arxlarının təmizlənməsi işlərinə başlanılmışdır və işlər hal-hazırda davam etdirilir.

Hesabat ilində 2 ədəd şəhid bulağı tikilmişdir.

38 ədəd kəhriz quyusunda təmizlənmə və təmir işləri aparılmışdır. İçməli su xəttinin açıq qalan 80 metr hissəsinə 700 mm diametrli boru xətti salınaraq tutumu 12,8 kubmetr olan hovuz inşa edilmiş və 1 ədəd şəhid bulağı inşa edilmişdir.

2017-ci ildə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Çaylı, Kommuna kəndlərində dəfələrlə olmuş, mütəmadi olaraq kənd sakinləri ilə görüşlər keçirmiş, onları narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlarını vermişdir.
Hesabat ilində 122 nəfər doğum, 67 nəfər isə ölüm olmuşdur.

Çaylı və Kommuna kənd əhalisinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıq məhsulları istehsalından ibarətdir. 2017-ci ildə 485 hektar taxıl sahəsi biçilmiş, 16872 sentner məhsul əldə edilmişdir. Bunun 16272 sentner buğda, 600 sentner isə arpa olmuşdur. Ümumi məhsuldarlıq hər hektara 4,9 ton təşkil etmişdir.

2016-cı ildə isə 340 hektar taxıl məhsulu əkilmişdir və 16103 sentner məhsul əldə edilmişdir. Bundan da 15565 sentner buğda 538 sentner isə arpa məhsulu olmuşdur. Ümumi məhsuldarlıq hər hektara 4,7 ton təşkil etmişdir.

Bu il isə 2018-ci ilin məhsulu üçün 575 hektar sahədə taxıl məhsulu əkilmişdir ki, bundan da 545 hektara buğda, 30 hektar sahəyə isə arpa səpilmişdir. Həmçinin 58 ha üzüm sahəsi vardır. 2017-ci ildə 1 hektar əraziyə tütün əkilmiş, barama istehsalı 2016-cı ildə 60 kq, 2017-ci ildə isə 300 kq təşkil etmişdir. Bu il isə 2 hektar ərazidə tütün əkilməsi və 300 kq barama istehsal edilməsi nəzərdə tutulmuşdur.

2017-ci ildə kənd təsərrüfatı bitkiləri əkən 815 nəfərə yanacaq və sürtkü yağlarına görə 73344 manat subsidiya ödənilmişdir.

Çaylı kənd icra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahələrinin inkşafı üçün Çaylı bələdiyyəsi ilə birlikdə kənd əhalisinə yaxından köməklik göstərir. 1 yanvar 2018-ci il tarixə əhali və fermer təsərrüfatlarında 3608 baş iribuynuzlu mal-qara, 10530 baş xırdabuynuzlu qoyun-keçi, 20000 baş quş qeydiyyata alınmışdır.

Qeyd olunub ki, 2017-ci il bir çox sahələrdə uğurlu nailiyyətlərlə yadda qaldı. Bu uğurların əldə edilməsində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun yorulmaz fəaliyyəti mühüm rol oynamışdır.

Kənd sakinlərindən Göyçə Göyüşov, Camoy Qurbanov, Məhəmmədəli Məşədiyev, Əsmayə Carçıyeva, Arif Mirzəliyev, Məmməd Qocayev, İlqar Hüseynəliyev çıxış edərək hesabat ilində kənddə görülən tikiti-quruculuq və abadlıq işlərinə, sakinlərə göstərilən diqqət və qayğıya görə Ölkə Başçısına, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat yığıncağına yekun vuraraq hesabat ilində görülən işlərdən razı qaldığını bildirib. Qeyd edib ki, 2018-ci ildə də bizi daha böyük işlər gözləyir. Çalışmalıyıq ki, əhalinin maddi rifah halının yaxşılaşdırılması naminə qarşımıza qoyulan bütün vəzifələrin həllinə nail olaq, bu yolda Ölkə Başçısının rəhbərliyi altında bütün qüvvələrimizi səfərbər etməklə əlimizdən gələni əsirgəməyək.

Daha sonra İcra Başçısı kənddə fəaliyyət göstərən idman zalına baş çəkib. Zalın şəraiti ilə yaxından tanış olaraq məşq keçən idmançılarla söhbət edib. Rayon rəhbərliyi zaldakı şəraitin yararsız halda olduğunu nəzərə alaraq yaxın vaxtlarda təmir olunması barədə tapşırıq verib.

Elçin İSMAYIL

Görülmüş işlər göz qabağındadır
Görülmüş işlər göz qabağındadır
Görülmüş işlər göz qabağındadır
Görülmüş işlər göz qabağındadır
Görülmüş işlər göz qabağındadır
Görülmüş işlər göz qabağındadır
Görülmüş işlər göz qabağındadır
Görülmüş işlər göz qabağındadır
Görülmüş işlər göz qabağındadır
Görülmüş işlər göz qabağındadır
Görülmüş işlər göz qabağındadır
Görülmüş işlər göz qabağındadır
Görülmüş işlər göz qabağındadır
Görülmüş işlər göz qabağındadır
Görülmüş işlər göz qabağındadır


Facebook-da paylaş