• Təqvim

  • Maraq



Qarabağ müharibəsi qazisindən: “Cənab Ali Baş Komandan, biz Qarabağ müharibəsi qaziləri hər zaman Sizinləyik”

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Bu məktubu yazmaqda məqsədim Sizə minnətdarlığımı çatdırmaqdır. Amma, ilk növbədə, Sizi qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə öz adımdan, Qazax rayon ictimaiyyəti adından təbrik edirəm, Sizə cansağlığı, yorulmaz fəaliyyətinizdə, işlərinizdə uğurlar arzulayıram.

Səhiyyə işçisi olaraq, Sizin səhiyyəmizə göstərdiyiniz diqqət və qayğıdan ötrü öz minnətdarlığımı bildirirəm.

Cənab Ali Baş Komandan, biz Qarabağ müharibəsi qaziləri hər zaman Sizinləyik, Sizin ətrafınızda vahid yumruq olaraq birləşmişik. İşğaldan azad olunmuş torpaqlarımızıda və regionlarda görülən quruculuq, abadlıq işləri hər bir Azərbaycan vətəndaşını sevindirir. Azərbaycanın dünyada istər siyasi, istərsə də iqtisadi cəhətdən nüfuz sahibinə çevrilməsi məhz Sizin zəhmətinizdir, Sizin xidmətinizdir.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan bir daha Sizi təbrik edirəm.

Tanrı Sizi, xalqımızı və dövlətimizi qorusun.

Hörmətlə,

Carçıyev Mehman Davud oğlu,

Qarabağ müharibəsi qazisi.

Azərbaycan Respublikası, Qazax şəhəri.

30 dekabr 2025-ci il

https://president.az/az/articles/view/71193



Facebook-da paylaş


{sape_links}