• Təqvim

  • Maraq



Diqqət, qayğı olan yerdə

Diqqət, qayğı olan yerdə
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Daş Salahlı kəndində sakinlərlə görüşdən sonra İkinci Şıxlı kəndinə gələrək burada “Sınıq Körpü” Buraxılış Məntəqəsindəki səliqə-sahmanla tanış olub. Ərazi ilə tanış olan rayon rəhbərliyi vətəndaşlarla söhbət edib, göstərilən xidmətlərlə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, rayon rəhbərliyinin tapşırığına əsasən buraxılış məntəqəsində geniş abadlıq və quruculuq işləri aparılıb. Yolun hər iki sağ və sol tərəfində yaşıllıq salınıb. Yol kənarında dekorativ tor çəkilib, həmişəyaşıl kol əkilib. Bundan başqa, əraziyə tamet döşənib, asfalt vurulub və sərnişinlər üçün dayanacaq düzəldilib. Divarlarda dekorativ işıqlandırma sistemi quraşdırılıb ki, bu da gecələr əraziyə xüsusi gözəllik verir. Eyni zamanda işıq dirəklərində də təmir işləri aparılaraq müasir standartlara cavab verən işıqlanma sistemi quraşdırılıb. Həmçinin əraziyə qaya daşlarından dekorativ bəzək üçün sal daşlar qoyularaq rənglənib, kompozisiya yaradılıb. Taxta hasarlar təmir olunub, rənglənib. Aqlay daşları yenidən yonularaq hamar edilib.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Xanlıqlar kəndi ərazisində tikilən Elektrod Zavoduna gələrək tikinti işlərinin gedişi ilə tanış olub. Məlumat verilib ki, zavodun istehsal hissəsində lazım gələn bütün işlər görülüb başa çatdırılmışdır. Yaxın günlərdə döşəmə hissəsinə beton töküləcəkdir. Eyni zamanda müəssisə üçün inzibati bina da inşa olunur. Hazrda binanın ikinci mərtəbəsində hörgü işləri aparılır. Tikinti ilə tanış olan rayon rəhbərliyi işlərin daha da sürətlə aparılmasını, keyfiyyətə diqqət yetirilməsini tapşırıb.

Diqqət, qayğı olan yerdə
Diqqət, qayğı olan yerdə
Diqqət, qayğı olan yerdə
Diqqət, qayğı olan yerdə
Diqqət, qayğı olan yerdə
Diqqət, qayğı olan yerdə
Diqqət, qayğı olan yerdə
Diqqət, qayğı olan yerdə
Diqqət, qayğı olan yerdə
GOYEZEN.AZ


Facebook-da paylaş