İcra başçısı vətəndaşı fərdi qəbul edərək müraciətini dinləyib
Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanmasını bütün sahələrdə görürük. Bu, eyni zamanda, hər bir dövlət məmuruna nümunədir. Həmçinin, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda da hər zaman hiss edilir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. İyulun 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Kosalar kəndindən müraciət etmiş 1 nəfər vətəndaşı fərdi qəbul edib, yaşadığı evin dam örtüyü ilə bağlı müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.
Facebook-da paylaş