Qazaxda icra başçısı avtoqəza zamanı dünyasını dəyişən gənclərin hüzr mərasimində iştirak edib və ailələrinə başsağlığı verib
İyunun 5-i gecə saat 03:00 radələrində Qazax rayonunun Abbasbəyli kəndi ərazisində baş vermiş avtoqəza nəticəsində Fərəhli kənd sakinləri, 1997-ci il təvəllüdlü Vəliyev Ramal Bəxtiyar oğlu, 1997-ci il təvəllüdlü Nəsibov Rafət Mahir oğlu, 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu və 2000-ci il təvəllüdlü Əhmədov Zaur Mahmud oğlu həyatını itirib.
İyunun 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri rayonun Fərəhli kəndində həyatlarını itirən gənclərin evində olub, hüzr mərasimlərində iştirak ediblər.
İcra başçısı Rəcəb Babaşov ağır faciə nəticəsində dünyasını dəyişmiş gənclərin vəfatından kədərləndiyini bildirib, mərhumların ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib.
Göyüş Nəbiyevin ailəsini ziyarət
Rafət Nəsibovun ailəsini ziyarət
Zaur Əhmədovun ailəsini ziyarət
Ramal Vəliyevin ailəsini ziyarət
Facebook-da paylaş