Qazaxda taxıl biçini başa çatıb
Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir ki, taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq təkcə əhalinin çörək və un məmulatına tələbatını ödəmir, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində böyük rol oynayır. Məhz bu səbəbdən taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzindədir. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə taxılçılığın inkişaf etdirilməsi üçün dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması bu istiqamətdə görülən işlərdir.
Dövlət başçısının taxılçılığın inkişaf etdirilməsi ilə
bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr son illər
Qazaxda da olduğu kimi icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi
tərəfindən göstərilən qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan
bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın
inkişafı üçün hər il bu sahəyə böyük maraq göstərirlər.
2021-ci ildə Qazaxda 10082,50 hektar sahədə taxıl
əkilib ki, bunun da 5601 hektarını buğda, 4481,5 hektarını arpa sahəsi təşkil edib.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da taxıl biçini uğurla başa çatıb. 5601 hektar buğda sahəsindən 20739,8 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 37 sentner təşkil edib. 4481,5hektar arpa sahəsindən isə 13896,2 ton məhsul toplanıb. Orta məhsuldarlıq 31 sentner olub.
GOYEZEN.AZ
Facebook-da paylaş