Qazaxda arpa biçini başa çatıb
Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin
başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən
taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Taxılçılıq əhalinin çörək və un
məmulatına tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba
yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın
inkişafı daim dövlətimizin diqqət mərkəzindədir. Məhz bu məqsədlə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə taxılçılığın inkişaf etdirilməsi istiqamətində
məqsədyönlü işlər görülür. Ölkə rəhbərinin qayğısı sayəsində bu sahənin
inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə
subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması
ölkədə taxılçılığın ilbəil genişlənməsi istiqamətində atılan uğurlu
addımlardır.
Dövlət başçısının taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu
vəzifələr, verdiyi tapşırıq və tövsiyələr son illər Qazaxda da olduğu kimi icra
olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən qayğını, hər
cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan
fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə böyük
maraq göstərirlər.
2021-ci ildə Qazaxda 10082,50 hektar sahədə taxıl
əkilib ki, bunun da 5601 hektarı buğda, 4481,5
hektarı arpa sahəsidir.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da arpa biçini uğurla başa çatıb. Sahələrdən 13896,2 ton məhsul biçilib. Hər hektardan orta məhsuldarlıq 31 sentner təşkil edib.
Onu da qeyd edək ki, hazırda buğda biçini aparılır ki, yekunlaşmaq üzrədir.
GOYEZEN.AZ
Facebook-da paylaş