• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda bu günə kimi 97 ton yaş tütün tədarük olunub


Son dövrlər Prezident İlham Əliyevin neft sektoru ilə yanaşı qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi, ölkə əhalisinin məşğulluğunun təmin olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələri uğurla həyata keçirən bölgələrimizdən biri də Qazax rayonudur. Belə ki, bu il artıq dördüncü ildir ki, rayonda ölkə başçısının 10 avqust 2017-ci il tarixli Sərəncamı ilə qəbul edilmiş "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”na əsasən tütün becərilir. 2016-cı ildə cəmi 10 hektarda tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara çatdırılıb. Aqrotexniki tədbirlər vaxtında həyata keçirən təsərrüfat sahibləri həmin sahələrdən 80 tondan çox məhsul götürüb. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar genişləndirərək 60 hektara çatdırıblar. Həmin il sahədən toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilib.

Kənd təsərrüfatında iqtisadi cəhətdən gəlirli sahə hesab edilən, çəkisinə görə böyük potensiala malik olan tütünçülüyün inkişaf etdirilməsi rayonda yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan cari ildə rayonunun Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndlərində cəmi 65 hektar sahədə tütün əkilib. Əvvəlki illərdə yüksək nəticə əldə edən tütünçülər bu il də daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl ediblər. Artıq bir aydan çoxdur ki, tütün dərimi davam edir. Tütün dəriminin vaxtında və itkisiz başa çatdırılması üçün dərilmiş məhsul əkin sahələrinin yaxınlığında hazırlanmış xüsusi yerlərdə ipə düzülərək qurudulur. Bu günə kimi isə sahələrdən 97 ton yaş tütün tədarük olunub.

 

GOYEZEN.AZ



Facebook-da paylaş