• Təqvim

  • Maraq



Bu il Qazaxda 65 hektarda tütün əkilib


Son illər Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində bu sahədə uğurlu göstəricilər əldə olunub. Neft sektoru ilə yanaşı qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması baxımından da böyük əhəmiyyət kəsb edir. Respublikamızda bu sahənin sürətlə inkişaf etməsində ölkə rəhbəri tərəfindən müxtəlif illərdə qəbul olunmuş Dövlət Proqramları da mühüm rol oynayır.

Son 3 ildir ki, Qazax rayonunda da aqrar sektorun sürətlə inkişaf etdirilməsi, bu sahədə yüksək göstəricilərin əldə olunması üçün məqsədyönlü işlər görülür. Bu gün rayonda ölkə rəhbəri İlham Əliyevin imzalamış olduğu 10 avqust 2017-ci il tarixli Sərəncama əsasən qəbul edilmiş "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”ı uğurla icra olunur.

Kənd təsərrüfatında böyük potensiala malik, iqtisadi cəhətdən səmərəli olan, işçi qüvvəsi baxımından da böyük tələbatın olduğu bu sahə həm də rayonda yeni iş yerlərinin açılması deməkdir. Bu il artıq dördüncü ildir ki, Qazaxda iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütün becərilir. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri 2017-ci ildə bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar. Həmin sahədən toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilmişdir.

Cari ildə isə Qazax rayonunun təsərrüfatlarında 65 hektar sahədə tütün əkilməsi nəzərdə tutulurdu ki, artıq tütün əkini kampaniyası başa çatıb. Belə ki, rayonun Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndlərində tütün şitilləri sahələrə küçürülüb. Əkinlə yanaşı, suvarma da vaxtlı-vaxtında həyata keçirilir. Bütün aqrotexniki qaydalara əməl olunur. Hazırda cari təsərrüfat ilində rayonda tütün əkini və becərilməsi işlərinə 250-dən çox işçi cəlb olunub.

GOYEZEN.AZ



Facebook-da paylaş