• Təqvim

  • Maraq



Qazax rayonu üzrə 1 yanvar 2025-ci il tarixə heyvanların, quşların və arı ailələrinin tam uçotunun yekunları barədə təhlili məruzə


Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin yerli statistika orqanları üçün illik statistik işlər proqramına uyğun olaraq hər il yanvarın 1-i tarixinə ölkə ərazisində heyvanların, quşların və arı ailələrinin uçotu keçirilir. Rayon üzrə 1 yanvar 2025-ci il tarixə heyvanların, quşların və arı ailələrinin uçotu əhali və fermer təsərrüfatları üzrə 22 kənd, 1 şəhər icra nümayəndəliyində, 3 qeyri-dövlət kənd təsərrüfatı müəssisələrində aparılmışdır.

Uçot başa çatdıqdan sonra məlum olmuşdur ki, 1 yanvar 2025-ci il tarixə rayon üzrə 29230 baş iribuynuzlu mal-qara, ondan 15993 baş ana inək və camış, 124639 baş qoyun-keçi mövcuddur. 1 yanvar 2024-cü il tarixində keçirilmiş uçotun nəticələri ilə müqayisədə iribuynuzlu mal-qara 265 baş, ana inək və camış 61 baş, qoyun-keçi isə 1710 baş azalmışdır.

Kənd təsərrüfatı müəssisələrində 53 baş iribuynuzlu mal-qara, 1044 baş qoyun-keçi saxlanılır ki, iribuynuzlu mal-qaradan 29 baş ana maldır. 2023-cü illə müqayisədə kənd  təsərrüfatı müəssisələrində saxlanılan iribuynuzlu mal-qara 2 baş, qoyun-keçi 64 baş artmışdır. Müəssisələrdə saxlanılan xırda buynuzlu heyvanlardan 945 baş qoyun, 99 baş isə keçidir.

Mal-qara uçotu məlumatlarının doğru-düzgünlüyünə nəzarəti gücləndirmək, mal-qaranın sıxlığına coğrafi informasiya sistemini tətbiq etmək üçün qruplaşma cədvəlləri  işlənmişdir.    

Rayonda 1 yanvar 2025-ci il tarixinə bütün kateqoriyalardan 24761 təsərrüfat olmuşdur. Bu təsərrüfatlardan 17646 təsərrüfatda heç bir növ mal-qara yoxdur. 7115 təsərrüfatda 29230 baş iribuynuzlu mal-qara saxlanılır ki, bu aşağıdakı qaydada qruplaşmışdır. 2555  təsərrüfatda 1-2 baş arası, yəni 3902 baş, 2784 təsərrüfatda 3-4 baş arası, yəni 10164 baş, 1361 təsərrüfatda 5-9 baş arası, yəni 8861 baş, 357 təsərrüfatda 10-19 baş arası, yəni 4420 baş, 47 təsərrüfatda 20-49 baş arası, yəni 990 baş, 8 təsərrüfatda 50-99 baş arası, yəni 529 baş, 3 təsərrüfatda isə 100-199 baş arası, yəni 364 baş iribuynuzlu mal-qara saxlanılır.

15 fərdi sahibkar təsərrüfatında 702 baş iribuynuzlu mal-qara saxlanılır ki, bunlardan 371 baş ana maldır. Fərdi sahibkar təsərrüfatlarından 2 təsərrüfatda 3-4 baş arası, yəni 6 baş, 2 təsərrüfatda 5-9 baş arası, yəni 15 baş, 2 təsərrüfatda 10-19 baş arası, yəni 23 baş, 2 təsərrüfatda 20-49 baş arası, yəni 42 baş, 5 təsərrüfatda isə 50-99 baş arası, yəni 364 baş, 2 təsərrüfatda isə 100-199 baş arası, yəni 252 baş iribuynuzlu mal-qara  saxlanılır.

Qruplaşmadan məlum olur ki, ana inək və camışları olan təsərrüfatlarının sayı 7115-dir. Onlardan 5796 təsərrüfatda 1-2 baş arası, yəni 8338 baş, 642 təsərrüfatda 3-4 baş arası, yəni 2548 baş, 604 təsərrüfatda 5-9 baş arası, yəni 3824 baş, 64 təsərrüfatda 10-19 baş arası, yəni 878 baş, 6 təsərrüfatda isə 20-49 baş arası, yəni 151 baş, 3 təsərrüfatda 50-99 baş arası, yəni 254 baş inək-camış saxlanılır.

4741 təsərrüfatda 116834 baş qoyun, o cümlədən 297 təsərrüfatda 1-4 baş  arası, yəni 1180 baş, 1114 təsərrüfatda 5-9 baş arası, yəni 9900  baş, 1273 təsərrüfatda 10-19 baş  arası, yəni 22370 baş, 1811 təsərrüfatda 20-49 baş arası, yəni 44230 baş, 142 təsərrüfatda 50-99 arası, yəni 12795 baş, 74 təsərrüfatda 100-199 baş arası, yəni 9208 baş, 24 təsərrüfatda 200-499 baş arası, yəni 11513 baş, 6 təsərrüfatda isə 500 başdan yuxarı, yəni 5638  baş qoyun saxlanılır. 1334 təsərrüfatda 7805 baş keçi saxlanılır.

Rayonda 18283 təsərrüfatda 231506 başquş, 629 təsərrüfatda isə 9594 arı ailəsi saxlanılır.

2024-cü ildə 5630,2 ton ət (diri çəkidə), 31724,3 ton süd, 12705,0 min ədəd yumurta, 237,6 ton yun istehsal edilmişdir.

Qazax Rayon Statistika İdarəsi



Facebook-da paylaş