• Təqvim

  • Maraq



Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş kross qaçısı üzrə yeniyetmələr arasında rayon turniri keçirilib


Fevralın 22-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş kross qaçısı üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.

Qazax Olimpiya İdman Kompleksində təşkil olunmuş turnirdə ümumilikdə 30 nəfər iştirak edib. 

Turnirin əvvəlində Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov Xocalı faciəsi barədə çıxış edərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalı saoyqırımında əhali xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

Turnirdə  İbrahimov Kənan Rəşad oğlu I yeri, Qasımov Əli Teymur oğlu II yeri, Allahverdiyev Asəf Vüsal oğlu isə III yeri tutublar.



Facebook-da paylaş