• Təqvim

  • Maraq



“Şahin” hərbi-idman oyununun Qazax rayon birinciliyi yarışları keçirilib


Aprelin 14-də Qazax Rayon Gənclər və İdman İdarəsi, Qazax Rayon Təhsil Şöbəsi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə "Şahin” hərbi-idman oyununun Qazax rayon birinciliyi yarışları keçirilib.

Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin idman meydançasında keçirilən yarışda 32 komandadan 448 nəfər məktəbli iştirak edib.

Yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax Rayon Təhsil Şöbəsinin metodisti Orxan Əliyev, SHXÇDX Qazax Rayon Şöbəsinin müfəttişi Nurlan Sofuyev, Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, Qazax şəhər İ.Qayıbov adına 3 nömrəli tam orta məktəbin hərbi rəhbəri, ehtiyatda olan mayor İlham Musayev çıxış edərək hərbi-idman oyunun keçirilməsində əsas məqsədin məktəblilər arasında aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək etmək olduğunu bildirib, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Yarışın yekun nəticəsinə əsasən Qazax Rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin komandası I yeri, Qazax Rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin komandası II yeri, Qazax Rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin komandası isə III yeri tutub.

Yarışda I yeri tutan komanda kubokla, I, II, III yerləri tutmuş komandalar və komandaların üzvləri isə Qazax Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.


























 

GOYEZEN.AZ



Facebook-da paylaş