• Təqvim

  • Maraq



Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 2021-ci il ərzində yüksək nailiyyətlər əldə etmiş idmançılar mükafatlandırılıb


Martın 3-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 27 fevral - 05 mart "İdman həftəsi” çərçivəsində 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 2021-ci il ərzində yüksək nailiyyətlər əldə etmiş idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himnni səsləndirilib, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı 100 nəfərə yaxın idmançının iştirakı ilə 6 idman növündə nümunəvi idman çıxışları nümayiş etdirilib.

Sonra 2021-ci il ərzində idmanda yüksək nailiyyətlər əldə etmiş 26 nəfər idmançı Qazax Rayon Gənclər və İdman İdarəsinin müvafiq Diplomları ilə təltif olunublar.














 

GOYEZEN.AZ



Facebook-da paylaş