• Təqvim

  • Maraq



Boks üzrə açıq rayon birinciliyi keçirilib


Fevralın 27-də Qazax Rayon Gənclər və İdman İdarəsinin və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə "27 fevral - 5 mart idman həftəsi" çərçivəsində boks üzrə açıq rayon birinciliyi keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən birincilikdə qalib adı uğrunda Qazax və Ağstafa rayonlarından 54 nəfər idmançı mübarizə aparıb.

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən yarışda I,II,III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.









 

GOYEZEN.AZ



Facebook-da paylaş