Qazax müəllimlər seminariyasının yaradılmasının 100 illiyinə həsr olunmuş boks üzrə açıq rayon birinciliyi keçirilib
Bu gün Qazax rayon Gənclər və İdman İdarəsinin 2019-cu ilin birinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən Qazax müəllimlər seminariyasının yaradılmasının 100 illiyinə həsr olunmuş boks üzrə açıq rayon birinciliyi keçirilib.
Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda rayonumuzun idmançıları ilə yanaşı, qonşu Ağstafa və Tovuz rayonlarından 74 nəfər yeniyetmə idmançı qalib adı uğrunda mübarizə aparıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə qaliblər və mükafatçılar rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və medallarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş