• Təqvim

  • Unutma

  • Maraq



Karate üzrə Respublika və Beynəlxalq yarışların qalibi, I MDB Oyunlarının gümüş mükafatçısı Həsənəli Həsənovla məktəblilərin görüşü keçirilib


Oktyabrın 8-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və idmanı təbliğ etmək, yerlərdə nailiyyət qazanmış idmançıları cəmiyyətdə tanıtmaq məqsədilə Karate üzrə Respublika və Beynəlxalq yarışların qalibi, I MDB Oyunlarının gümüş mükafatçısı Həsənəli Həsənovun Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşü keçirilib.

COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın sosial izolyasiya qaydaları haqqında tələblərinə uyğun olaraq keçirilən tədbirdə ümumilikdə 37 nəfər iştirak edib.

Görüşdə Vətən müharibəsi şəhidlərinin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəllik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Məktəbin təlim-tərbiyə üzrə direktor müavini Afət Namazova giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından, İkinci Vətən müharibəsində gənclərimizin, xüsusilə də idmançı gənclərimizin göstərdikləri igidliklərdən söz açıb. Respublikamızda idman sahəsində əldə olunan uğurlarda Qazax idmançılarının da xüsusi yeri olduğunu diqqətə çatdırıb. 

Sonra məktəbin direktor əvəzi Rəna Qocayeva, Karate üzrə Respublika və Beynəlxalq yarışların qalibi, I MDB Oyunlarının gümüş mükafatçısı Həsənəli Həsənov və onun şəxsi məşqçisi Vüqar Həsənov çıxış edərək, belə bir tədbirin keçirilməsində əməyi olan hər kəsə öz təşəkkürlərini bildiriblər.

İdmançı Həsənəli Həsənov və onun məşqçisi Vüqar Həsənov göstərdikləri yüksək idman nailiyyətlərinə görə Qazax Rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif olunublar.







GOYEZEN.AZ



Facebook-da paylaş