• Təqvim

  • Unutma

  • Maraq



Yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib


Qazax rayon Gənclər və İdman İdarəsinin 2018-ci ilin ikinci yarımilinin təsdiqlənmiş "Tədbirlər Planı”na uyğun olaraq 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda 88 nəfər idmançı iştirak edib.  Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rəis müavini Sahib Namazov və təhsil şöbəsinin metodisti Pərviz Alməmmədov çıxış edərək idman sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, idmançılara uğurlar arzulayıblar.
Qalib və mükafatçılar rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanla, medallarla təltif olunublar.





 

GOYEZEN.AZ



Facebook-da paylaş