• Təqvim

  • Maraq



“Heydər Əliyev və müasir Azərbaycan” başlığı altında dəyirmi masa keçirilib


Mayın 5-də “Qazax Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən “Heydər Əliyev və müasir Azərbaycan” başlığı altında dəyirmi masa keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. V.Hüseynov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq, silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşmüşdür. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.


Sonra Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aynur Mahmudova çıxış edərək qeyd edib ki, gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Daha sonra müəssisənin fəal könüllüləri Aytac Cəfərova və Aydan Musayeva çıxış edərək Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsindən, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın inkişafında göstərdiyi müstəsna xidmətlərindən danışıblar.



Facebook-da paylaş