• Təqvim

  • Maraq



Gənclər bu dəfə Xalq artisti, aktyor Ramiz Novruzun yaradıcılığını müzakirə ediblər


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kino klubu"nun növbəti görüşü keçirilib. 

Gənclər budəfəki görüşdə Xalq artisti, aktyor Ramiz Novruzun yaradıcılığını müzakirə ediblər. Klub üzvləri qeyd ediblər ki, teatrda oynadığı çoxsaylı rollar görkəmli səhnə ustasının yaradıcılığında xüsusi yer tutur. O, həmçinin "Cavad xan" (Sisianov), "Cavid ömrü" (Mircəfər Bağırov), "Yurd yeri" (Fəxrəddin), "Sizi dünyalar qədər sevirdim" (Həzi Aslanov), "Fatehlərin divanı" (Atilla) kimi filmlərdə yaddaqalan rollar ifa edib.

Klub üzvləri görüşdə Ramiz Novruzun filmlərdə yaratdığı özünəməxsus ifa manerası ilə seçilən obrazları barədə fikirlərini söyləyiblər.



Facebook-da paylaş