• Təqvim

  • Maraq



"Kino klubu"un növbəti görüşü keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kino klubu"nun növbəti görüşü keçirilib. 

Gənclər budəfəki görüşdə Azərbaycan kino və teatr aktyoru, kişi rollarının mahir ifaçısı Səməndər Rzayevin həyat və yaradıcılığını müzakirə ediblər. 

Kino və teatrda oynadığı çoxsaylı rollar aktyorun yaradıcılığında xüsusi yer tutur. Qeyd olunub ki, "Evləri köndələn yar"(Şakir Şirinov), "Ad günü" (Faiq), "Bəyin oğurlanması" (Hidayət müəllim), "Babamızın babasının babası" (Əliquliyev), "Evlənmək istəyirəm" (Həsənağa)  kimi filmlərdə yaddaqalan rollar ifa edib.

Klub üzvləri görüşdə Səməndər Rzayevin filmlərdə yaratdığı özünəməxsus ifa manerası ilə seçilən obrazları barədə fikirlərini söyləyiblər.



Facebook-da paylaş