• Təqvim

  • Unutma

  • Maraq



Gənclər bu dəfə Xalq artisti Fəxrəddin Manafovun yaradıcılığını müzakirə ediblər


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kino klubu"nun növbəti onlayn görüşü keçirilib. 

Gənclər onlayn görüşdə Xalq artisti Fəxrəddin Manafovun yaradıcılığını müzakirə ediblər. Kinoda çəkildiyi çoxsaylı rollar aktyorun yaradıcılığında xüsusi yer tutur. Qeyd olunub ki, "Təhminə" (Zaur), "Park" (Marat), "Evləri köndələn yar" (Şamil), "Ölsəm bağışla" (Yusif), "Gecə qatarında qətl" (Rüstəm) kimi filmlərdə yaddaqalan rollar ifa edib.

Klub üzvləri görüşdə Fəxrəddin Manafovun filmlərdə yaratdığı özünəməxsus ifa manerası ilə seçilən obrazları barədə fikirlərini söyləyiblər.




GOYEZEN.AZ



Facebook-da paylaş