• Təqvim

  • Maraq



Gənclər bu dəfə Xalq artisti Həmidə Ömərovanın həyat və yaradıcılığını müzakirə ediblər


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kino klubu"nun növbəti  görüşü keçirilib. 

Gənclər budəfəki görüşdə Azərbaycanın kino və teatr aktrisası, qadın rollarının mahir ifaçısı, Xalq artisti Həmidə Ömərovanın həyat və yaradıcılığını müzakirə ediblər. 

Kinoda çəkildiyi çoxsaylı rollar aktrisanın yaradıcılığında xüsusi yer tutur. Qeyd olunub ki, "Yol əhvalatı" (Zümrüd), "Nizami" (Afaq), "Şirbalanın məhəbbəti" (Nazlı), "Qorxma, mən səninləyəm" (Zeynəb), "Musiqi müəllimi" (Şəfiqə)  kimi filmlərdə yaddaqalan rollar ifa edib.

Klub üzvləri görüşdə Həmidə Ömərovanın filmlərdə yaratdığı özünəməxsus ifa manerası ilə seçilən obrazları barədə fikirlərini söyləyiblər.




Facebook-da paylaş