Qazaxlı gənclər şəhidlərimizin xatirəsini yad ediblər
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix milli müstəqilliyin və azadlıq uğrunda mübarizənin rəmzinə çevrilib.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd edilib. Gün ərzində idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, ziyalılar, gənclər, rayon sakinləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Şəhidlər xiyabanında memorial önünə gələrək Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib, abidə önünə tər qərənfillər düzüblər.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları, üzv və könüllüləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanında ucaldılmış memorial abidə kompleksini ziyarət ediblər.
Gənclər abidənin önünə tər qərənfillər düzüb, şəhidlərimizə olan ehtiramlarını bildiriblər.
Facebook-da paylaş