"Gəncdən gəncə" silsilə fəaliyyətləri davam edir
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Gəncdən gəncə" silsilə fəaliyyətləri davam edir.
Bu dəfə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi, mərkəzin fəal gənci Rahib Alıyev tərəfindən "İnsan hüquqlarının tarixi" mövzusunda təqdimat həyata keçirilib.
Təqdimat aşağıdakı başlıqları əhatə edib:
- "İnsan hüquqları" dedikdə nə nəzərdə tutulur?;
- İnsan hüquqlarının tarixi və qəbul olunmuş əsas qanunlar;
- Gənclər və insan hüquqları;
- Qarşılaşacağımız hüquq pozuntuları zamanı nə etməli?;
- İnsan hüquqlarının müdafiəsi mexanizmləri.
Diskussiya şəraitində keçən təqdimatda gənclərin sualları cavablandırılıb.
Facebook-da paylaş