Əsas Səhifə > Gənclər > "Gəncdən gəncə" silsilə fəaliyyətləri davam edir
"Gəncdən gəncə" silsilə fəaliyyətləri davam edir8-12-2022, 20:11 |
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Gəncdən gəncə" silsilə fəaliyyətləri davam edir. Bu dəfə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi, mərkəzin fəal gənci Rahib Alıyev tərəfindən "İnsan hüquqlarının tarixi" mövzusunda təqdimat həyata keçirilib. Təqdimat aşağıdakı başlıqları əhatə edib: - "İnsan hüquqları" dedikdə nə nəzərdə tutulur?; - İnsan hüquqlarının tarixi və qəbul olunmuş əsas qanunlar; - Gənclər və insan hüquqları; - Qarşılaşacağımız hüquq pozuntuları zamanı nə etməli?; - İnsan hüquqlarının müdafiəsi mexanizmləri. Diskussiya şəraitində keçən təqdimatda gənclərin sualları cavablandırılıb. Geri qayıt |