• Təqvim

  • Unutma

  • Maraq



"Könüllülük fəaliyyətinin mənim həyatımda rolu" başlığı altında gənclərlə görüş keçirilib


Dekabrın 1-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsində "Könüllülük fəaliyyətinin mənim həyatımda rolu" başlığı altında gənclərlə görüş keçirilib.

"Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov tədbiri giriş sözü ilə açaraq gəncləri salamlayıb, görüşün əhəmiyyətindən söz açıb. V.Hüseynov çıxışında könüllülük fəaliyyətinin bir çox sahələrdə geniş yayıldığını vurğulayıb. Könüllülük fəaliyyətinin gənclərin qabiliyyətlərini üzə çıxartmaqla yanaşı, onların daha da təkmilləşmələri yolunda bir istiqamət olduğunu bildirib. Gənclərin müxtəlif iqtisadi, siyasi, sosial sahələrdə könüllü olaraq daha çox inkişaf edə bildiklərini və onların inkişaf etməsinin respublikamızın inkişaf etməsi demək olduğunu qeyd edib. Vurğulayıb ki, könüllülük gənclərdə təcrübə formalaşdırır, onların özgüvənini artıraraq daha da irəliləməsinə şərait yaradır. Azərbaycan gəncləri hər zaman bacarıqlıdır, fəaldır. Onlar daim öz fəallığı ilə seçilmiş, xalqımız, respublikamız üçün faydalı işlər görməyə çalışıblar. Könüllülük əvəzi ödənilməyən bir fəaliyyət növüdür ki, gənclər müxtəlif qurumlara, beynəlxalq, ictimai təşkilatlara qoşularaq öz potensiallarını daha da artıra bilərlər. Gənclər bu fəaliyyətə daha çox yönəldikcə müxtəlif qurumlarda, sahələrdə işin gedişatını da öyrənmiş olurlar və bu da gələcəkdə onlara uğurlu karyera qurmaqda yardımçı olur.

Sonda Qazax Gənclər Evinin fəal könüllülərindən Süleyman Süleymanov, Səma Aslanova, Aidə Mustafayeva və Bahar Mustafalı mövzu ətrafında geniş çıxış ediblər.

GOYEZEN.AZ



Facebook-da paylaş