• Təqvim

  • Maraq



“Əsas həyat bacarıqları” layihəsi çərçivəsində yeddinci təlim təşkil olunub


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas həyat bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində yeddinci təlim təşkil olunub.


Yeddinci təlim günündə fasilitator Elmar Rzalının təqdimatında daha bir mövzu keçirilib. Təlimin on üçüncü mövzusu "Problem həlletmə" olub. Bu sessiyada iştirakçılar problem həlletmənin 6 mərhələsini öyrəniblər. Bu mərhələlərdən istifadə etməklə icmaya aid problemi qrup şəklində müzakirə ediblər. Sonda gənclər problem həlletmə işinin qərar qəbuletmə prosesi ilə əlaqələndirilməsini təcrübədən keçiriblər.

Qeyd edək ki, layihənin müddəti iki aydır, 01 sentyabr tarixindən start götürüb və 01 noyabr 2022-ci il tarixdə yekunlaşacaqdır. Layihə müddətində ümumilikdə 10 təlimin keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, layihədə tərəfdaş qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi çıxış edir. 

Növbəti təlim 14 oktyabr tarixində Qazax Gənclər Evində təşkil olunacaq.


GOYEZEN.AZ



Facebook-da paylaş