• Təqvim

  • Maraq



“Əsas həyat bacarıqları” layihəsi çərçivəsində altıncı təlim təşkil olunub


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas həyat bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində altıncı təlim təşkil olunub.

Altıncı təlim günündə fasilitator Elmar Rzalının təqdimatında daha iki mövzu keçirilib. Təlimin on birinci mövzusu "Məqsədi müəyyənləşdirmə" olub. Bu sessiyada iştirakçılar arzuya çatmaq üçün nədən imtina etməli olacaqları barədə məlumat əldə ediblər. Eləcə də “SMART” adlı üsuldan istifadə etməklə məqsədi müəyyənləşdirməyi öyrəniblər. Gənclər həmçinin hipotetik vəziyyətlərdə “SMART” üsuldan istifadəni təcrübədən keçiriblər.


Daha sonra fasilitator Elmar Rzalı təlim iştirakçılarına on ikinci mövzunu - "Qərar qəbuletmə"ni təqdim edib. Burada isə iştirakçılar başla, ürəklə, habelə sosial təsirlər və məqsədlər əsasında qərar qəbuletmə prosesləri arasındakı fərqi öyrəniblər. Gənclərə “PAUSE” adlı qərar qəbuletmə prosesi barədə ətraflı məlumat verilib. Onlar, həmçinin bu prosesin mərhələlərini hipotetik və real həyat şəraitində tətbiq ediblər.  

Qeyd edək ki, layihənin müddəti iki aydır, 01 sentyabr tarixindən start götürüb və 01 noyabr 2022-ci il tarixdə yekunlaşacaqdır. Layihə müddətində ümumilikdə 10 təlimin keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, layihədə tərəfdaş qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi çıxış edir.

Növbəti təlim 11 oktyabr tarixində Qazax Gənclər Evində təşkil olunacaq.


GOYEZEN.AZ



Facebook-da paylaş