“Əsas həyat bacarıqları” layihəsi çərçivəsində beşinci təlim təşkil olunub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas həyat bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində beşinci təlim təşkil olunub.
Beşinci təlim günündə fasilitator Elmar Rzalının təqdimatında daha iki mövzu keçirilib. Təlimin doqquzuncu mövzusu "Münasibətlərin idarə edilməsi" olub. Bu sessiyada iştirakçılar öz istəklərini başqalarının gözləntiləri ilə müqayisə ediblər. Valideynlərinin dəstəyi ilə müqayisədə öz müstəqillik səviyyələrini araşdırıblar. Gənclər, həmçinin, təcrübədə prioritetlər və tələblər arasında tarazlıq tapmağa çalışıblar.
Daha sonra fasilitator Elmar Rzalı təlim iştirakçılarına onuncu mövzunu - "İnamlı ünsiyyət"i təqdim edib. Burada isə iştirakçılar inadlı, passiv və aqressiv ünsiyyət tərzlərinin xüsusiyyətlərini, 3 hissəli “Mən...” cümləsindən istifadə etməklə inamlı ünsiyyətçi olmağı öyrəniblər. Gənclər həmçinin çalışma əsasında bağışlamanın 5 mərhələsi üzrə bacarıqlara yiyələniblər.
Qeyd edək ki, layihənin müddəti iki aydır, 01 sentyabr tarixindən start götürüb və 01 noyabr 2022-ci il tarixdə yekunlaşacaqdır. Layihə müddətində ümumilikdə 10 təlimin keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, layihədə tərəfdaş qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi çıxış edir.
Növbəti təlim 07 oktyabr tarixində Qazax Gənclər Evində təşkil olunacaq.
Facebook-da paylaş