• Təqvim

  • Maraq



Gənclər arasında intellektual yarış keçirilib


İyunun 30-da "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə gənclər arasında intellektual yarış keçirilib. Yarışda 20 nəfər gənc iştirak edib.

Yarışı Qazax Gənclər Evinin dərnək rəhbəri Mehriban Carçıyeva açaraq gəncləri salamlayıb, iştirakçılara yarış haqqında məlumat verib. Qeyd edib ki, müəssisə tərəfindən mütəmadi olaraq fərdi və ya komandalar arasında intellektual yarışların keçirilməsində əsas məqsədin yeniyetmə və gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə xidmət etməkdir.

Yarışın sonunda qalib olmuş komandanın üzvlərinə hədiyyə və diplom, digər iştirakçılara isə sertifikat təqdim edilib.






GOYEZEN.AZ



Facebook-da paylaş