• Təqvim

  • Maraq



Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbdə şagirdlər arasında fərdi intellektual yarış keçirilib


Aprelin 8-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 7 A sinif şagirdləri arasında fərdi intellektual yarış keçirilib.

Yarışı Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq şagirdləri salamlayıb, iştirakçılara yarış haqqında məlumat verib. Qeyd edib ki, müəssisə tərəfindən mütəmadi olaraq fərdi və ya komandalar arasında intellektual yarışların keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə xidmət etməkdir.

15 nəfərin iştirak etdiyi yarışda Vəliyeva Günel Məmməd qızı qalib olub. Yarışın sonunda qalib olmuş şagirdə hədiyyə və diplom təqdim edilib.


 

GOYEZEN.AZ



Facebook-da paylaş