Vətən müharibəsi şəhidi leytenant Mayis Yaqubovun vaxtilə oxuduğu məktəbdə xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib
Aprelin 20-də "Qazax
Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax rayon Şahin Cəbiyev
adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin 6b sinif şagirdləri arasında
döyüş yoldaşları tərəfindən "Əjdaha” ləqəbi verilən, bu gün doğum günü olan Vətən
müharibəsi şəhidi leytenant Yaqubov Mayis Rəhim oğlunun əziz xatirəsinə həsr
olunmuş intellektual yarış keçirilib. Yarışda 24 nəfər
şagird iştirak edib. Yarışı Qazax Gənclər
Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq Mayis Yaqubovun adını daşıyan
sinifin şagirdlərini salamlayıb, şəhidimiz haqqında ətraflı məlumat verib. Qəhrəman şəhidimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qalib olmuş "Merkuri”
komandasının üzvləri - Vəlizadə Gülər Şəadət qızına, Osmanlı Svetlana Rüfət
qızına, Osmanlı Fərid İbrahim oğluna, Orucov Mehralı Nəriman oğluna hədiyyə və
diplom təqdim olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş