• Təqvim

  • Maraq



Vətən müharibəsi şəhidi Elfak Daşdəmirovun doğum günündə əziz xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib


Aprelin 26-da "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 6B sinif şagirdləri arasında Vətən müharibəsi şəhidi Daşdəmirov Elfak Eltun oğlunun doğum günündə əziz xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib.

Qəhrəman şəhidimizin vaxtilə oxuduğu məktəbdə xatirəsinə həsr olunmuş yarışda 28 nəfər şagird iştirak edib.

Yarışı Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq şagirdləri salamlayıb, yarış barədə ətraflı məlumat verib.

Müəssisənin fəal könüllülərindən Aytac Cəfərova şəhidimiz haqqında şagirdlərə məlumat verərək igid Vətən oğlunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Olduqca maraqlı keçən intellektual yarışda qalib olan "Vətən" komandasının üzvləri Salehova Şəbnəm Xəyyam qızına, Oruczadə Nuray Seymur qızına, İsmayılov Mehmet Ramin oğluna, Xanbabayev Emin Nadir oğluna hədiyyə və diplom təqdim olunub.












 

GOYEZEN.AZ



Facebook-da paylaş